«Sərhədsiz reportyorlar» Vasif Talıbovu ittiham etdi

«Naxçıvanda jurnalistlərə təzyiq və onların təqib olunması təcrübəsi hakimiyyətin sevimli metodudur»

“Sərhədsiz reportyorlar” RATI-nin bölgə müxbiri Həkimeldostu Mehdiyevin hüquqlarını pozduğuna görə Naxçıvan hakimiyyətini pisləyib. Son bir həftə ərzində o, hakimiyyətin ciddi təzyiqinə məruz qalıb ki, bu da Naxçıvanda vətəndaşların və jurnalistlərin hüquq və azadlıqlarının pozulmasının növbəti təzahürü olub. “Hakimiyyət bu təqiblərə, habelə yerli hakimiyyət Mehdiyevin evinin yaxınlığındakı obyektini sökərkən onu dəstəkləmək üçün gələn həmkarlarına qarşı təzyiqlərə son qoymalıdır. Təəssüf ki, Naxçıvanda jurnalistlərə təzyiq və onların təqib olunması təcrübəsi hakimiyyətin sevimli metodudur”, deyə bəyanatda bildirilir.
Qeyd edək ki, olanlara səbəb iyulun 15-də Naxçıvanın Şərur rayonunun Cəlil kəndində H.Məmmədova məxsus avtomobilyuma məntəqəsinə gedən elektrik enerjisinin kəsilməsi səbəb olub. Hakimiyyət elektrik enerjisini kəsdikdən sonra Mehdiyevi prokurorluğa çağırıblar və işığını kəsən polisdən şikayətini geri götürməsə, oğlunu həbs edəcəkləri ilə hədələyiblər.
Mehdiyev özü hesab edir ki, o, Naxçıvanda səfərdə olan alman jurnalist Mixael Lüdviqi müşayiət etdikdən sonra hakimiyyət onu təqib etməyi qərara alıb. Lüdviqin Azərbaycan XIN-də akkreditasiya keçməsinə baxmayaraq, yerli hakimiyyət onun işinə mane olub. Lakin Mehdiyev alman jurnalistin işini qismən həyata keçirməsinə kömək edib(Turan).