Azərbaycan məmurları və onların yaxınları bizneslərini xaricə köçürməkdə davam edir. Məmurlar əsasən Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində biznes qurmağa üstünlük verirlər. Lakin Avropa ölkələrinə də üz tutanlar var.
Dünən məlumat aldıq ki, daha bir məmur, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov artıq Azərbaycanda kənarda biznes imperiyası qurmağa başlayıb. Məlumatlara görə, Nəriman Məmmədov Mahaçqalada “Sofo”, “Şorena” və “Romantika” adlı 3 otel alıb. Nəriman Məmmədov Mahaçqalada başqa obyektlər almağı da planlaşdırır.
İnformasiya şöbəsi