İtaliyanın baş naziri sələfinin adını da açıqlayıb
Italiyanın baş naziri Silvio Berluskoni 2013-cü ildə baş tutacaq növbəti seçkilərdən sonra yenidən hökumət başçısı vəzifəsində qalmaq niyyətində deyil. O, hətta özündən sonrakı sələfinin adını da açıqlayıb.
Berluskoninin sözlərinə görə, Italiyanın baş naziri postuna ondan sonra namizədliyini Ancelino Lafano irəli sürəcək. Söhbət Italiyanın ədliyyə nazirindən gedir. Lafano bu ayın əvvəlindən etibarən Berluskoninin Xalq Azadlığı Partiyasına rəhbərlik etməyə başlayıb.
Baş nazir vurğulayıb ki, o, Italiya prezidenti postuna da iddialı olmayacaq. “Bu, mənlik deyil. Bunun üçün Canni Letta daha uyğun və layiqli namizəddir”, – deyə Silvio Berluskoni əlavə edib.