Əhmədinejaddan sensasion bəyanat

İran prezidenti qadın və kişi tələbələrin ayrı təhsil alması planının əleyhinədir

Iran prezidenti Mahmud Əhmədinejad universitetlərdə təhsil alan qadın və kişi tələbələrin ayrı təhsil alması haqda mübahisəli planın reallaşmasının dayandırıldığını elan edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Iran prezidenti öz veb səhifəsində açıqladığı mesajında bunun kiçik və düşünülməmiş siyasi addım olduğunu deyib. O əlavə edib ki, qeyri-təbii və qeyri-elmi təşəbbüslərin qarşısını almaq üçün tədbir görülməlidir. Iranın ali təhsil nazirliyi sentyabr ayından başlayaraq qadın və kişi tələbələrin ayrı-ayrı dərs otaqlarında təhsil alacağını elan etmişdi.