Bu müddətdə artımın faizi qədər də bahalaşma olub
Azərbaycan əhalisinin məcmu gəlirləri 2001-ci ildən bu günə qədər 4,3 mlrd. manatdan 25,6 mlrd. manata qədər artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Hesabata əsasən, əhalinin xərcləri öz növbəsində 3,5 mlrd. manatdan 20,5 mlrd. manata qədər və ya 5,9 dəfə artıb. Hesabat dövrü ərzində pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 2,4 mlrd. manatdan 13,7 mlrd. manata qədər və ya 5,7 dəfə artıb. Göründüyü kimi, əhalinin gəlirləri, xərcləri və pərakəndə dövriyyəsi üzrə artım templəri demək olar ki, bərabərdir. Bu fakt makroiqtisadi baxımından iqtisadiyyatda sabitlik, pərakəndə bazarında tarazlaşdırılmış artım və qiymət sahəsində nəzarətin olmasından xəbər verir.
Nəzərə alsaq ki, bu, Statistika Komitəsinin məlumatıdır, deməli, sözsüz ki, burada hökumətin xeyrinə şişirtmələr olacaq. Ancaq bütün bunlarla yanaşı ortada fakt var.
Fakt isə ondan ibarətdir ki, hakimiyyətin gurultulu təbliğatına baxmayaraq, son 10 ildə əhalinin əmək haqlarında və gəlirlərində artım olubsa da, bunu bahalı qiymtlər yeyib.
Və nəticə etibarilə artımın xeyrini əhali yox, inhisarlaşmış bazar, daha dəqiq ifadə etsək, bir qrup oliqarx görüb.