Hillari Klinton: “Əsədin vaxtına az qalıb”

Bütün Suriya diktatora  “get” dedi

ABŞ Suriyadakı böhrandan çıxış üçün “yol xəritəsi” hazırladı

 

Suriyada Bəşər Əsədin istefası tələbiylə başlanan mitinqlər artıq bütün ölkə ərazisini əhatə edir. Ötən gün cümə namazından sonra Suriyanın bütün şəhər və qəsəbələrində küçələrə axışan etirazçılar Bəşər Əsədin istefası və hökumətin buraxılması tələbiylə mitinqlər keçirib.

Ölkənin paytaxtı Dəməşq başda olmaqlı, ikinci ən böyük və strateji şəhər Hələbdə, Həma, Hums, Dəraa kimi iri bölgələrdə minlərlə insanın qatıldığı etiraz aksiyalarında Əsəd rejimi əleyhinə şüarlar səsləndirilib. Hökumət qüvvələri mitinqlərin dağıdılması üçün yenə də silaha əl atıb. Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində onlarla insanın öldüyü və yaralandığı bildirilir. Hökumət qüvvələri Cəbəl Əzzəviyə bölgəsini, xüsusilə də Rəmah kəndini top atəşinə tutub.

Əsma Əsəd ortalığa çıxdı

11 illik iqtidarının ən çətin günlərini yaşayan Suriya diktatoru Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd aylar sonra ilk dəfə xalq qarşısına çıxıb. Paytaxt Dəməşqdəki “Əl Cəla” stadionuna gələn Əsədlər rejim tərəfdarları ilə görüşüb.

Bu arada ABŞ Suriya müxalifətini hökumətlə dialoq qurması üçün səylərini artırmağa çağırıb. etdiririr. Rəsmi Vaşinqton Bəşər Əsədin hakimiyyətdə qala biləcəyinə imkan yaradacaq bir sıra islahatların keçirilməsini nəzərdə tutan mübahisəli “yol xəritəsi” hazırlayıb. Müxalifət ABŞ Dövlət Departamentinin rəsmiləri tərəfindən hazırlanan və hələ açıqlanmayan “yol xəritəsi”nin ilkin variantının müzakirəsi üçün danışıqlar getdiyini bildirib.

Həmin sənədə görə, Əsəd rejimi “demokratiyaya etibarlı keçid və dinc keçid”i nəzərdə tutan “yol xəritəsi”nin həyata keçirilməsinə və nəzarət olunmasına məsul olacaq. “Yol xəritəsi” təhlükəsizlik qüvvələrinin daha sivil idarə olunmasını, adı zorakılıq hallarında çəkilən qurumların ləğvi və ya yenidən qurulmasını nəzərdə tutur. Sənəddə dinc akisyaların keçirilməsi haqda qanunun qəbulu, söz azadlığının genişləndirilməsi və müvəqqəti qanunverici hakimiyyətin qurulması ifadə olunur.

ABŞ-ın hazırladığı “yol xəritəsi”ndə dinc aksiyaları təşkil edən təşkilat və qurumların qeyri-peşəkar hallara görə üzr istəməsi eləcə də, mitinqlər zamanı qətlə yetirilən vətəndaşlara təzminat ödənməsi tələb olunur. İqtidardakı BƏƏS partiyasının yeni siyasi partiyalar haqda qanuna uyğun yenidən formalaşdırılmasına dair çağırış da “yol xəritəsi”ndə öz əksini tapıb. Ancaq yeni qurulacaq keçid hökumətində BƏƏS partiyasının 30 üzvü saxlanılacaq, digər 70 vəkil isə müxalifət namizədləri ilə Bəşər Əsəd arasında aparılan danışqılardan sonra müəyyənləşdiriləcək.

“Yol xəritəsi”ni Suriyanın nüufzlu ziyalılarının yaratdığı Milli Hərəkat Komitəsinin liderləri Loay Hüseyn və Məan Əbdülsalam imzalayıb. Diplomatlar hər iki ziyalının Suriya diktatoru Bəşər Əsədin xalqa son müraciətindən əvvəl baş nazirin müavini Faruk əl Şara ilə görüşdüyünü bildirib.

ABŞ Nümayəndələr Palatasının demokrat üzvü Denis Kuciniç bildirib ki, Bəşər Əsədin iqtidar əleyhinə keçirilən mitinqlərin davam etdiyi bölgələrdə hərbi əməliyyatları dayandıracağına dair söz verib. Suriyaya rəsmi səfər edən Kuciniç Bəşər Əsədlə görüş zamanı diktatorun söz verdiyini və vədinə əməl edəcəyinə əmin olduğunu da vurğulayıb:“Bu qərar  Əsədin iqtidarda qalması üçün deyil, Suriyanı sabitlik və inkişaf reysinə yönəltmək məqsədi daşıyır”.

Litvanın paytaxtı Vilnisda keçirilən beynəlxalq konfransda çıxış edən ABŞ dövlət katibi Hillari Klinton Əsəd rejiminin etirazçılara qarşı silahlı hücumlarını və nümahişçilərin qətlə yetirilməsini qınayıb. Klinton Bəşər Əsədin paytaxt Dəməşqdə yalnız bir etiraz aksiyasına icazə verərək, başqa şəhərlərdə keçirilən mitinqləri silah yolu ilə dağıtmasının Suruiya diktatorunun verdiyi sözə uyğun olmadığını bildirib:“Bir mitinq demokratiyayy keçid üçün ciddi səy anlamı vermir”

Çıxışında Əsəd rejiminin vaxtının azadlığını söyləyən ABŞ rəsmisi Suriya hökumətinin köklü siyasi islahatlar aparmayacağı təqdirdə həm ölkənin daxilində, həm də xaricində ciddi təzyiqlərlə üzləşəcəyi xəbədarlığını edib.

Turan