Azərbaycan Gürcüstana 575 milyon dollar verir

Azərbaycan Gürcüstana 575 milyon dollar kredit verir. Bu kredit Türkiyə, Gürcüstan və Azərbaycan arasında dəmiryolunun çəkilişi üçündür.

 

Kredit razılaşması Azərbaycanın nəqliyyat nazirliyi ilə Gürcüstan şirkəti Kartsaxi-Marabda arasında imzalanıb. Borc 25 illiyə ildə 5 faizlə verilir.

Qars-Tbilisi-Bakı dəmiryolu 2013-cü ilə tamamlanmalıdır.

Azərbaycan bundan əvvəl Gürcüstana 25 ilə ili bir faizlə  200 milyon dollar borc vermişdi.

Yeni kredit 29 km-lik yeni yolun çəkilişinə və 183 km-lik köhnə yolun yenidən qurulmasına sərf olunacaq (“Azadlıq” radiosu).