Çempionlar Liqasınının püşkü atıldı

Lent.az-ın məlumatına görə, əvvəlcə I təsnifat mərhələsi çərçivəsində keçiriləcək 2 görüşün iştirakçıları müəyyənləşib. 
“Tre Fiori” (San-Marino) – “Valetta” (Malta)“Santa Koloma” (Andorra) – “Düdelanj” (Lüksemburq) 
Oyunlar 28-29 iyun və 5-6 iyulda olacaq.
Ardından II təsnifat mərhələsinin püşkü atılıb. II qrupda səpələnməmiş komandalar sırasında yer alan Azərbaycan çempionu “Neftçi”yə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası qismət olub. Bu klub 2007-2008-ci il mövsümündə “Xəzər Lənkəran”la Çempionlar Liqasının I təsnifat mərhələsində üz-üzə gəlib. Həmin vaxt hər iki qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Əlavə vaxtda “Dinamo” daha iki qol vuraraq, növbəti mərhələyə yüksəlib. 
1-ci qrup
“Makkabi” (Hayfa, İsrail) – “Borats” (Banya Luka, Bosniya və Herseqovina)“Moqren” (Çernoqoriya) – “Liteks” (Bolqarıstan) “Maribor” (Sloveniya) – 2 cütünün qalibi“Skenderbeu” (Albaniya) – APOEL (Kipr)“Slovan” (Bratislava, Slovakiya) – “Tobol” (Qazaxıstan)
2-ci qrup
“Şturm” (Avstriya) – “Videoton” (İrlandiya)“Zestaponi” (Gürcüstan) – “Daçiya” (Moldova)“Dinamo” (Zaqreb, Xorvatiya) – “Neftçi” (AZƏRBAYCAN) “Pünik” (Ermənistan) – “Viktoriya” (Plzen, Slovakiya) “Partizan” (Serbiya) – “Şkendiya” (Makedoniya)1 cütünün qalibi – “Ekranas” (Litva) 
3-cü qrup
“Malmö” (İsveç) – “Torshavn” (Farer adaları)“Şemrok Rovers” (İrlandiya) – “Flora” (Estoniya)“Rusenborq” (Norveç) – “Breydablik” (İslandiya)HİK (Finlandiya) – “Banqor Siti” (Uels)“Skonto” (Latviya) – “Visla” (Krakov, Polşa)“Linfild” (Şimali İrlandiya) – BATE (Belarus) 
Oyunlar 12-13 iyul və 19-20 iyulda baş tutacaq.