YAP səfirlərin müxalifətlə görüşündən şübhələnib

Əli Əhmədov: «Diplomatların Ictimai Palatanın üzvləri ilə mitinq ərəfəsində görüşmələri təsadüfə oxşamır»

YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov iyunun 10-da Müsavat Partiyasının qərargahında bir qrup diplomatın Ictimai Palatanın təmsilçiləri ilə görüşünə də münasibət açıqlayıb.
Ə.Əhmədov bu cür görüşlərin iqtidar-müxalifət dialoqunun yaranmasına xidmət edəcəyinə şübhə ilə yanaşdığını ifadə edib:”Mən heç də o fikirdə deyiləm ki, müxalifətin radikal qanadının ayrı-ayrı beynəlxalq təşkilatların və ölkələrin səfirliklərinin nümayəndələri ilə görüşmələrində məqsəd dialoq məsələlərini müzakirə etməkdir. Bəlkə də onlar başqa məsələləri müzakirə etməyə toplaşırlar. Özü də bu görüşlər onların təyin etdiyi mitinq ərəfəsində olur. Bilmirəm təsadüfdür, yoxsa yox… Ancaq təsadüfə
heç oxşamır. Ə.Əhmədov Ictimai Palatanın nümayəndələri ilə görüşündə Türkiyənin Azərbaycandakı səfirliyinin təmsilçisinin iştirak etməsindən isə xəbərsiz olduğunu bildirib:”Əgər iştirak edibsə də, mən güman etmirəm ki, həmin şəxs Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun gəlməyən hər hansı hərəkətə rəvac vermiş olsun”.