CHP-də Kılıçdaroğluna ilk istefa çağırışı

Türkiyədəki seçkilərin nəticələrinə görə ana müxalifət partiyası CHP-nin sədri Kamal Klıçdaroğluna ilk istefa tələbi səslənib. Kılıçdaroğlunu CHP liderliyindən istefaya çağıran isə partiyanın Məclis üzvü Məsut Dəyərdir.

Məsut Dəyər CHP-nin Diyarbəkirdəki qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki, partiya bu bölgədə 2002-ci il seçkisində 2.12 faiz səs toplayıb. Amma 12 iyun seçkisində CHP-nin Diyarbəkirdə topladığı səs 1.8 faiz olub. Uğursuzluq ortadadır.
Məsut Dəyər CHP liderini ittiham edib ki, konkret olaraq Diyarbəkirdə partiyanın qazandığı səslər onun  namizədlərinə görə deyil. Yəni partiyanın namizədləri bacarıqsız olublar. Dəyər hətta bəzi namizədlərin adını çəkərək onların təmsil etdikləri kəndlərdə belə CHP-nin uğur qazanmadığını bildirib.
“Sayın Kamal Kılıçdaroğlundan mediada və mitinqlərdə verdiyi “başarısız olsam gedəcəm” sözünü yerinə yetirməyi gözləyirik”, – deyə CHP Məclis üzvü bildirib.