“Əl Qaidə” Yəməndə fəallaşdı

Ölkədəki siyasi böhran terrorçuları hərəkətə gətirib

 

Yəməndə gərginlik davam edir. Ölkədə siyasi böhranın yaranmasından istifadə edən silahlı qruplaşmalar və radikal islamçılar fəallaşıblar. Yəmənin cənubunda qatı dindarların qalası adlandırılan Abyan bölgəsində 5 əsgər qətlə yetirilir, çoxlu sayda hərbçi yaralanıb.

 

Şahidlərin sözlərinə görə, yaraqlılar Loder ərazisində yerləşən 111-ci tabora silah və ərzaq yardımı daşıyan maşın konvoyuna hücum edib. Əsgərlər avtomat və qrantomoytlarla atəşə tutulub. Bölgədəki mənbələr hücum zamanı konvoydakı üç zirehli avtomobilin yandığını bildirib.

Hücumdan sonra əsgərlərlə yaraqlılar arasında qarşıdurma yaranıb. Hadisəyə görə bölgənin paytaxtı sayılan Zənzibara mayın 29-dan etibarən nəzarət edən “Əl-Qaidə” terror qruplaşması günahlandırılır.

İnformasiya şöbəsi