Dövləti belə fırladırlar

Daxili işlər naziri Ramil Usubov qayını Nüsrət Şirinovun Daxili Işlər Nazirliyi Katibliyinin rəisi vəzifəsinə təyin olunması ilə bağlı sərəncam verib.Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşı Elxan Pənahov isə Yevlax rayon prokuroru vəzifəsinə təyin edilib.

Dövlətdə yüksək vəzifə tutanların qohumlarının vəzifədə irəli çəkilməsi bir daha təsdiq etdi ki, rejimin kadr siyasətinin bünövrəsində qohumbazlıq, tayfabazlıq, dostbazlıq dayanır. 

“Politika” (siyasət) yunan dilində “dövlət işləri”, “dövləti idarəetmə sənəti” deməkdir. Bunların da politikası belədir ki, idarəetmədə yalnız özlərinə yaxınlar olmalıdır. 

Lütfən, diqqətlə oxuyun.

Prezident Ilham Əliyevin əmisi Cəlal Əliyev 4-cü dəfədir ki, Milli Məclisin üzvü seçilir. 

Ilham Əliyevin qayınatası Arif Paşayev Milli Aviasiya Akademiyasının, qayınatasının qardaşı Xarici Işlər Nazirliyi Diplomatik Akademiyasının, baldızı Nərgiz Paşayeva

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur.
Dövlət başçısının qohumlarından Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının mütləq hakimidir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev dünənə qədər Mədəniyyət və Turizm nazirinin müavini idi, bu gün Azərbaycan Dövlət

Miqrasiya Xidməti rəisinin 1-ci müavinidir.

Ramiz Mehdiyevin kürəkəni Ilham Əliyev Milli Məclisin üzvüdür.

Baş nazirin müavini Əli Həsənovun qardaşı Ramiz Həsənov Zəngilan rayon icra hakimiyyətinin başçısıdır.

Əli Həsənovun digər qardaşı Ilyas Həsənov Sumqayıt şəhər Yaşıllaşdırma Idarəsinin rəisi vəzifəsini icra edir.

Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timurçin Əfəndiyev Mədəniyyət və Incəsənət Universitetinin rektorudur.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Milli Məclisin deputatıdır.

Ziya Məmmədovun oğlu Anar Məmmədovu təqdim etməyə ehtiyac yoxdur. Cəmiyyət onun Nəqliyyat Nazirliyində külli-ixtiyar sahibi olduğundan və macəralarından xəbərdardır.Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov deputat mandatına sahibdir. 
Milli Məclisin Insan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışır.Şeyxülislam Allahşükür

Paşazadənin qardaşı Cavanşir Paşazadə  də Milli Məclisdə təmsil olunur.

Yormuram sizi. Əksər nazirliklərin strukturlarında kadr siyasəti dostbazlıq, qohumbazlıq və yerlibazlıq üstündə qurulub.

Icra hakimiyyəti başçılarının tayfa-tüləsi rayonda at oynadır.

Universitetlərdə, Elmi-tədqiqat institutlarında belə rəhbər vəzifələrə birinciyə yaxın olanlar çəkilir.

Belə idarə olunur Azərbaycan.Yuxarılar öz yaxınlarını vəzifəyə gətirməklə sadə, arxasız vətəndaşların dövlətin idarə olunmasında iştirakına imkan vermirlər.

Və hərə öz çapında, ranqında maneəsiz talana girişir.

Xalqın istismarına rəğmən bir ovuc zənginlər təbəqəsi formalaşır və OLIQARXIYA təzahür edir. Nəticədə eramızdan əvvəl yaşamış yunan tarixçisi və sərkərdəsi Polibinin təbirincə desək, xalq oliqarxiyaya qarşı çox qəzəbli olur. Bu gün Azərbaycanda təxminən Polibinin təsvir etdiyi vəziyyətdir.

HƏSƏD və NARAZILIQdan doğan NIFRƏT var Azərbaycanda.Onlar fərqində deyillər.Və elə buna görə də RÜŞVƏT və KORRUPSIYA silahı ilə dövlətin təməlini dağıdırlar.

17 ildir ki, dövləti belə idarə edirlər və 11 ay iqtidar olmuş AXCP-Müsavat hakimiyyətini söyürlər. Söyün cənablar, cizin üçün də SON olacaq bir gün var.