Anders foq Rasmussen: «Rusiya keçmişdə baş verənləri unudaraq NATO ilə əməkdaşlıq etməlidir»
Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısında ABŞ-ın Raket Hücumundan Müdafiə Sistemi layihəsi (RHMS) NATO və Rusiya arasında gərginlik yaradıb.
NATO-nun Baş katibi Anders Foq Rasmussen toplantıdan sonra keçirdiyi mətbuat konfransında keçmişdə baş verənləri unudaraq RHMS məsələsində Rusiyaya əməkdaşlıq təklif edib. NATO və Rusiyanın eyni təhdid altında olduğunu söyləyən Rasmussen alyansın yeni layihəsinin Rusiya üçün təhlükə yaratmadığını bildirib. O, NATO ilə əməkdaşlığın Rusiyanın lehinə olduğunu söyləyib.
Rusiyanın müdafiə naziri Anatoli Serdyukov isə NATO ilə əsas anlaşılmazlıq nöqtələrinin Avropa raketdən müdafiə sisteminin özlərinə qarşı istifadə edilməyəcəyi mövzusunda məcburi təminat verilməsi olduğunu bildirib.
Xatırladaq ki, ABŞ və NATO müdafiə sisteminin Rusiyanı deyil, Iran kimi “düşmən ölkələri” hədəf aldığını bəyan etsə də, Rusiya zəmanət verilməsini istəyir.
Informasiya şöbəsi