“Google” və “Apple” öndədir
“Reputation Institute” şirkəti dünyanın ən hörmətli şirkətlərinin reytinqini açıqlayıb.
“Korresponden.biz” saytının yaydığı məlumata görə, ilk iki yeri ABŞ-ın “Google” və “Apple” şirkətləri tutur.
Ən hörmətli şirkətlərin reytinqində ilk beşliyə “Disney” (ABŞ), “BMW” (Almaniya) və “LEGO” (Danimarka) da daxildir. Sonrakı yerlərdə “Sony” (Yaponiya), “Daimler” (Almaniya), “Canon” (Yaponiya), “İntel” (ABŞ) və “Volkswagen” (Almaniya) gəlirlər.