AXCP hakimiyyəti qınadı

Türkiyəyə münasibətə görə

«Türkiyəlilərin Azərbaycana viza ilə gəlməsi qardaş adlandırılan ölkəyə qarşı sayğısızlıqdı»

“Üç ilə yaxındır Türkiyə birtərəfli qaydada Azərbaycanla viza rejimini aradan qaldırıb. Azərbaycan isə hər dəfə bu məsələdə adekvat addım atmağa hazır olduğunu bildirsə də, hələ də problemin həllindən yayınır. Bu isə hər iki respublikada yaşayan vətəndaşların maraqlarına, milli hisslərinə qarşı sayğısızlıqdır”, – deyə Türkiyə ilə viza rejiminin aradan qaldırılmamasına etiraz əlaməti olaraq dünən AXCP-nin qəbul etdiyi bəyanatda vurğulanır.
AXCP hesab edir ki, MDB ölkələri ilə vizasız gediş-gəliş olduğu halda, “bir millət iki dövlət” adlandırdığımız Türkiyə vətəndaşlarına qarşı viza tətbiqi anlaşılmaz və yolverilməzdir. Bu halı iki dövlət arasında qarşılıqlı etimad və inamın sarsılmasına yönəlik addım kimi dəyərləndirən AXCP, hakimiyyəti qısa müddətdə öz səhvini düzəldib qaldırıb, vizanı aradan qaldırmağa çağırıb.

Informasiya şöbəsi