ABŞ-dan “Əl-Qaidə”yə növbəti zərbə

Terror təşkilatının «hücum beyni» məhv edildi

Dünyanın ən təhlükəli yaraqlılarından biri kimi tanınan, “Əl-Qaidə” terror təşkilatının rəhbərliyində təmsil olunan Ilyas Kəşmiri Pakistanda həyata keçirilən hava hücumu zamanı öldürülüb.
Yanındakı 5 yaraqlı ilə birlikdə Pakistanın bir kəndində aşkarlanan Kəşmirinin ABŞ-ın pilotsuz helikopterlərinin endirdiyi zərbələrdən öldürüldüyü açıqlanıb.
“BBC” Pakistanın şimal-qərbində yerləşən Cənubi Vəziristan bölgəsindəki kəndlilərə istinad edərək “Əl-Qaidə”yə bağlı “Harkat-ül Cahan əl-Islami” təşkilatının lideri Ilyas Kəşmirinin iyunun 4-nə keçən gecə zərərsizləşdirildiyini bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Kəşmirini “xüsusi olaraq müəyyən edilmiş qlobal terrorçu” kimi xarakterizə edilənlər arasında göstərirdi. Ilyas Kəşmiri “Əl-Qaidə” terror təşkilatının “hücum beyni” də adlandırılırdı. Əvvəllər də onun ölüm xəbəri yayılsa da, sonradan bu məlumatlar təsdiqini tapmamışdı.

Informasiya şöbəsi