beyubov

Bəylər Əyyubovun qohumu ilə bağlı yeni qalmaqal(VİDEO)

Robert Əyyubov olduğu iddia edilən şəxs vətəndaşı və polisləri şillə-təpiyin altına salıb

 

Redaksiyamıza Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovun olduğu iddia edilən videogörüntü daxil olub.
Videogörüntüdə ağ rəngli “BMW X6″ markalı avtomobilin sürücüsünün qara rəngli başqa bir ”inomarka”nın sürücüsünü döydüyü əks olunub. Iddialara görə, “”BMW X6″-ın sürücüsü Robert Əyyubovdur. O, əvvəlcə avtomobili ilə döydüyü şəxsin maşınının qarşısını kəsir. Sonra da, maşından enərək həmin şəxsi yumruqlayır. Bu zaman hadisə yerinə polislər gəlir. Lakin polislər də Robert Əyyubov olduğu iddia edilən şəxsi sakitləşdirə bilmirlər. Əksinə, “asayiş keşikçiləri” də həmin şəxsin hücumuna məruz qalır. Polislərdən birinin aldığı zərbədən sonra tələsik ərazini tərk etdiyi açıq-aydın görünür. Videogörüntünü “Azadlıq”ın elektron ünvanına  göndərən naməlum mənbə yazıb ki, hadisə Hökumət Evinin qarşısında baş verib. Olayı yolda quraşdırılmış kameralar da qeydə alıb.    
Bir daha qeyd edirik ki, həmin şəxsin həqiqətən Robert Əyyubov olduğu bizə bəlli deyil. Lakin belə iddialar var.

 

 

 

 

Samir