İran Merkelin təyyarəsinə yol vermədi

Mayın 31-nə keçən gecə İran hökuməti Almaniya kansleri Angela Merkel və digər rəsmiləri Hindistana aparan təyyarənin ölkə səmasından keçməsinə naməlum səbəblərdən mane olub. “Media forum” saytının məlumatına görə, təyyarə 2 saat Türkiyə səmasında fırlanmaq məcburiyyətində qalıb. Türkiyə və Almaniya rəsmilərinin İran hökuməti ilə apardığı danışıqlardan sonra təyyarənin İran səmasından keçməsinə icazə verilib.

Almaniya xarici işlər naziri Gido Vestervelle bəyanat yayaraq İran İslam Respublikasının hərəkətini kəskin məhkum edib, bunu Almaniya rəhbərliyinə qarşı böyük hörmətsizlik adlandırıb: “Almaniya İranın beynəlxalq konvensiyaları pozmasına dözməyəcək”.