19 iyun mitinqinə xaricdən dəstək

İsveçdə yaşayan həmyerlilərimiz də aksiya keçirəcək

 

İyunun 2-də İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı İsveçdə yaşayan həmyerlilərimizin yaratdığı İctimai Palatanın (İAİP) üzvləri ilə görüşü olacaq.

 

Görüşdə İP-nın xarici ölkələrdə şöbələrinin yaradılması, qurumun fəaliyyətinə beynəlxalq ictimaiyyətin diqqətinin artırılması və s. təşkilati məsələlər müzakirə olunacaq. İctimai Palatanın iyunun 19-da Bakıda keçiriləcək mitinqi ilə eyni gündə İsveçin paytaxtı Stokholm şəhərində də etiraz aksiyanın keçirilməsi planlaşdırılır.

İnfomasiya şöbəsi