Nazim İbrahimov istefaya göndərilir

Komitə sədrini səfirlərdən birinin əvəz edəcəyi bildirilir

Diaspora Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Nazim Ibrahimovun tutduğu vəzifədən azad ediləcəyi barədə məlumat almışıq. Məlumatda deyilir ki, Prezident Administrasiyasında artıq Nazim Ibrahimovla vidalaşmaq barədə qərar qəbul edilib.
Yaxın günlərdə komitə sədrinin işdən çıxarılması ictimailəşdiriləcək. Məlumata görə, Nazim Ibrahimovu səlahiyyət müddəti başa çatmış və ya başa çatmaqda olan səfirlərdən biri əvəz edəcək. Səfirlərdən səlahiyyət müddəti başa çatan Azərbaycanı Tacikistanda təmsil edən Məhərrəm Əliyevlə, ölkəmizin Belarusdakı təmsilçisi Əli Nağıyevdir. Artıq onlar geri çağırılıblar. Rumıniyadakı səfir Eldar Həsənovla, Özbəkistandakı səfir Namiq Abbasovun da səlahiyyət müddəti başa çatmaq üzrədir. Güman etmək olar ki, Nazim Ibrahimovu bu şəxslərdən biri əvəz edəcək.
Nazim Ibrahimovun tutduğu postdan azad edilməsi barədə qərara gəlincə, bunun bir çox səbəbləri var.

İnformasiya şöbəsi