Minlərlə insan respublikaçı dəyərlərə sədaqət göstərib, “monarxiyaya yox” dedi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar İctimai Palata ( İP) Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə bayrami ziyarət keçirdi.
Bayram ovqatlı izdiham
Saat 12-yə təyin olunan mərasimin başlanmasına hələ bir saat qalmış abidənin ətrafindakı küçələr İP-nın çağırışı ilə Novxaniya gələnlərə dolmuşdu. Bayram əhval-ruhiyyəsi yüksəkliyi rayon polislərini təvfişə salmış, onlar heç zaman olmayan sayda bura səfərbər olmuşdular.Müxalif qüvvələr 15 ilə yaxındır, Novxanıya ziyarətə gəlirlər. Əminliklə demək mümkündür ki, Novxanı hətta müxalifətin ən güclü zamanı sayılan 90-ci illərin sonunda da bu günkü kimi bayram izdihamı yaşamayıb. Mərasimdə iştirak edənlərin sayı minlərlə ölüçülürdü. Fotolar, şüarlar
Bayram ziyarətinə gələnlərin əllərində Məhəmməd Əmin Rəsulzadənin portretləri, onun fikirləri- “Bir Kərə yüksələn bayraq bir daha enməz”, “Millətlərə istiqlal, insanlara Hürriyyət!” yazılmış pankartlar, milli və partiya bayraqları vardı.Gənclərin bəziləri əyinlərinə Rəsulzadənin rəsmi olan maykalar geymişdı, onlar eyni zamanda İP-nın 2 aprel mitinqində həbs olunan yoldaşlarının fotolarını başları üzərinə qaldırmışdılar.
Polisin baş tutmayan cəhdi
Bayram mitinqin keçirildiyi meydana ziyarətçilər “Azadlıq”, “Azərbaycan”, “Elçibəy” şüarları səsləndirərək daxil oldular. Polis əvvəlcə AXCP-nın yürüş kalonuna maneçilik törədib insanları dağıtmaq istəsə də, sonrada onlar geri çəkilməli oldular.
“Ata 3 miylon manat xərcləyənlər Rəsulzadəyə abidə qiymağa pul tapmır”
Mitinqin aparıcılığı İP-in Koordinasiya Şurasının üzvü, yazıçı-publisist Mehriban Vəzir etdi. Dövlət himninin və Koroğlu uverturasının səsləndirlməsindən sonra ilk çıxışı AXCP sədri Əli Kərimli etdi.
İlkin olaraq faktiki meydana sığmayan müxalifət tərəfdarlarına işarə edən AXCP sədri bildirdi ki, bu “müxalifətin sosial bazası yoxdur” deyən hakimiyyətə tutarlı cavabdır.
“Biz burda bir adamın adı üzərində dayanmaqla AXC-nı quran hər kəsi anırıq, onlara etiramımızı bildiririk” deyə çıxışa başyalayn Əli Kərimli Cümhuriyyət qurucularını yüksək dəyərləndirdi. Bildirdi ki, dünyada cəmi 20-25 demokratik dövlət olanda Rəsulzadə və onun əqidədaşları Azərbaycan xalqınında belə bir imkan və bacarıqda olduğunu sübut ediblər: “Onlar indiki hakimiyyətdəkilər kimi ancaq öz ailələrini düşünüb, ancaq öz ailə maraqlarına xidmət etməyiblər. Milləti, xalqı düşünüblər. İndiki hakimiyyət kimi “Azərbaycanlıların mədəni səviyyəsi demokratik dövlət qurmağa imkan vermir” deməyib, demokratik dövlət qurublar. Ona görə də həmin insanlar bizim üçün ucadır, hər cür hörmətə layiqdirlər”.
AXCP sədri hakimiyyətin AXC qurucularına laqeyd münasibətini də çıxışında sərt ifadələrlə tənqid etdi: “ 93 il sonra təəssüf ki, yenə də Rəsulzadəyə ögey minasibət var. 45 milyona villa, 3 milyona at, 1 miylona mahnı alanlar, Azərbaycan xalqından milyardlar oğurlayanlar Rəsulzadəyə bir abidə qoymağa pul tapmırlar. Onun qaldırdığı bayrağın altında milyardlara sahib dururlar, ancaq özünə yox. Bunun da səbəbi odur ki, Rəsulzadənin Azərbaycanda bərqərar etdiyi repsulikaçılıq dəyərləri indi təhlükədədir”.
3-cü Respublika uğurunda…
Azərbaycan hakimiyyətinin republikaçılığa qarşı çıxıdığını vurğulayan Əli Kərimli buna misal kimi sonucu Konsitutsiya düzəlişini və Azərbaycanın ikinci dəfə müstəqilliyinin əldə olunmasında rol oynayan şəxsin-Arif Hacılının həbsə atılmasını göstərdi. İP-nın həbsdə saxlanan başqa tərəfdarlarını da xatırladan natiq bildirdi ki, dünyada və Azərbaycanda başlanan demokratiklə prosesi tezliklə müsbət nəticələnəcək. AXCP sədri çıxışının sonunda hər kəsi 3-cü Respublika (1-ci Resublika kimi o AXC, 2-ci kimi isə Əliyevlərin qiyam yolu ilə 93-cü ildə devridiyi Respublikanı göstərdi) uğurunda mübarizəyə səslədi və dedi ki, hər kəs əvvəlki səhvlərdən nəticə çıxararaq 3-cü respublikanın daha sabit və uzun müddətli xalqa xidmət etməsinə çalışmalıdır.
AXC-nin rolu
M.Ə. Rəsulzadə irsinin araşdırımaçısı Nəsiman Yaqublu çıxışnda qonşu Gürcüstanla Azərbaycanı müqayisə etdi. O, bildirdi ki, preizdent M. Saakaşvili 1918-ci ildə Gürcüstan Respublikasının quran insanların hər biri ilə bağlı əlamətdar addımlar atıb, onların adlarının əbədiləşdirilməsi üçün tədbirlə görüb. Azərbaycanda isə AXC qurucuları hələ də haqq etdikləri dəyəri almayıb.
İP KŞ üzvü Bütöv Azərbaycan Biriliyinin İdarə Heyətinin sədri Aqil Səmədbəyli, şair- publisist Teyyub Qurban, Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də çıxışlarında AXC-nin xalqımızın tarixindəki yüksək məqamından danışdılar. Bu çıxışlarda AXC dəyərlərinin tezliklə ölkədə bərqərar olmasına inam ifadə olundu.Siyasi çıxışların arasında məktəbli uşaqlar istiqlala, azadlıqa aid şeirlər söylədilər…
“Bura hakimiyyət kimi gələcəyik”
“Biz neçə illərdir bu abidəni Müsavat olaraq tək, cəbhəçi dostlarımızla, “DemKonqres” olaraq çox ziyarət etmişik. Bu il ilk dəfədir İctimai Palata kimi burdayıq. Əminəm ki, tezliklə biz bura hakimiyyət olaraq gələcəyik və 28 mayı bütün Azərbaycanda qeyd edəcəyik”- Müsavat başqanı İsa Qəmbər çıxışını belə optimist fikirlərə başladı.
İsa Qəmbər dedi ki, müxalifət-iqtidar, qoca-gənc olmasından asılı olmayaraq hər bir azərbaycanlı vətəni, milləti ilə fəxr etmək istəndə M.Ə.Rəsulzadəni, 28 mayı yada salır. Bu fakt bir daha AXC və onun qurucularının necə böyük qürur mənbəyi olduğunhu sübut edir.“İctimai Palata ölkədə dəyişiklik edəcək”
Müsavat partiyasının 100 illiyi, istiqlalın yenidən əldə olunmasının 20 illiyi ərəfəsində 28 mayı qeyd eləməyin əlavə bir zövq verdiyini deyən başqan dünya və Azərbaycanda böyük bir dəyişikliyin getdiyini bildirib. Azərbaycandakı dəyişikliyin İP-dakı qüvvələr tərəfindən reallaşdırılcağını qeyd edən İsa Qəmbər xalqın inkişafının qarşısını heç kim ala bilməyəcəyini də dedi. Məhbsdəki siyasi məhbusları çıxışında xatırlayan başqan onların bu gündə mübarizənin ön cərgəsindən olduğunu vurğuldı.
Yada Heydər Əliyev düşür…
Bir gün əvvəl Heydər Əliyevin 1991-ci ildə çəkilmiş bir videosunu izləyib xeyli güldüyünü söyləyən başqan onda təbbəssüm yarandan halı da açıqladı. Bəlli oldu ki, həmin videoda H.Əliyev prezident Ayaz Mütəllibovu tənqid edərək deyir ki, onun küçələrdəki portretləri respublikanı quran Rəsulzadəninkindən çoxdur: “Ayaz Mütəllibovun vaxtında indiki kimi şəxsiyyətə pərəstiş yox idi. Görəsən bu adamlar bilirmi ki, indi hər tərəfi bürüyən Heydər və İlham Əliyevlərin fotolarına xalq nifrətlə, qəzəblə baxır?”
Daha sonra başqan fikirlərini “məhəbbət şəkillərlə, hörmət, rəğbət heykəllə deyil. Rəsulzadəyə, Elçibəyə olan məhəbbət şəkillər, heykəllərlə ölçülmür. O məhəbbət insanların qəlbindədir. Onların fikri bizim şüurumuzdadır. Başa düşməlidirlər ki, bu xalqın inkişaf yolunun qabağını ala bilməyəcəklər. Bu heç kimə müyəssər olmayıb, imperiyalara, Stalinlərə» deyrək tamamladı.
***
Tədbirdən sonra iştirakçılar M. Ə. Rəsulzadənin Novxanı qəbiristanlığındakı qohumlarının məzarını ziyarət edib. Oradan isə Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana yollanıblar.
Natiq Güləhmədoğlu