yap-bina-emblem

«JEK»lər YAP-ı təşkilatlandırır

MİS işçiləri gəncləri zorla hakim partiyaya üzv yazdırır

Hakim Yeni Azərbaycan Partiyasını təşkilatlandırmaq üçün “JEK”lərə xüsusi tapşırıq verilib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, “JEK”lərin qarşısına xüsusilə gəncləri hakim partiyaya üzv yazdırmaq vəzifəsi qoyulub.
MIS işçiləri də bu tapşırığı can-başla yerinə yetirməyə başlayıblar. Məlumatlarda deyilir ki, MIS işçiləri qapı-qapı gəzərək hansı ailədə gənclər varsa, onları YAP-a üzv yazdırır. Buna etiraz edənlər kommunal “sanksiyalar”la hədələnir.

İnformasiya şöbəsi