Nigar Azərbaycanı “axmaq ölkə” adlandırıb

“Eurovision” qalibi ölkəsində hansı problemlə üz-üzə qalıbmış?

 

“Eurovision” mahnı müsabiqəsinin qalibi Nigar Camal Türkiyənin “Doğan” İnformasiya Agentliyinə açıqlama verib. Nigar Camal 56-cı “Eurovision” mahnı müsabiqəsində Fransanın qalib gələcəyini düşündüyünü, nəticələr açıqlanan zaman şoka düşdüyünü söyləyib. O, sevincinin həddi-hüdudu olmadığını dilə gətirib: “6 ay əvvələ qədər iki uşaq anası olan evdar qadın idim. Ən böyük xəyalım Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmək idi. İndi arzularım gerçək oldu”.

1980-ci ildə Bakına anadan olan müğənni iki uşaq anasıdır. Həyat yoldaşı kiprli Naluk Camalla 2005-ci ildən İngiltərədə yaşayır.

***

Bu arada Nigar Camalın bir il əvvəl “facebook”da Azərbaycanın ünvanına “axmaq ölkə” ifadəsi işlətdiyi üzə çıxıb. Onun 21 may 2010-cu ildə “facebook”da yazdığı statusu yadda saxlayan dostları yenidən yayıyıblar.

Bəlli olub ki, indi Azərbaycana fatehlər kimi daxil olan “Eurovision” qalibi bir il əvvəl Azərbaycanda qalmaq vaxtını uzatmaq üçün viza problemi ilə üzləşibmiş. Ona deyiblər ki, sən İngiltərə vətəndaşı olduğun üçün özünün və qızlarının viza müddətini uzada bilmərik. Belə çıxır ki, Nigar o zaman deportasiya ərəfəsində olub. Öz vətənində bu qədər sərt münasibətlə üzləşən Nigar da “bu nə axmaq ölkədir?!”, deyə hirsini “facebook”a töküb.

Onun həmin yazışmasını təqdim edirik:
“- Bu nə axmaq ölkə və axmaq qanunlardır
– Sən məhz, hansını nəzərdə tutursunuz?
– Hansı olacaq…:)))
– Niqul, danış görək nə baş verib?
– Əşi mənim vizamı uzatmırlar. Deyirlər, olmaz. Ay balam, bu mənim doğma ölkəmdir, özünüzkülər üçün həyatı yüngülləşdirin də,..
– Başa düşmürəm, səndə bizim pasport deyil, kim nə deyə bilər ki?
– Yəqin sənin qızının vizasını uzatmırlar…
– Elə mənim də.. Mən, axı Britaniya vətəndaşıyam, qızlarım da…amma bunlar mız-mız eləyirlər, deyirlər, guya ikili vətəndaşlıq olmaz, nə bilim, ora-bura…”.

İnformasiya şöbəsi