Amerikalı qadın Ay daşını 1,7 milyon dollara satmaq istəyərkən yaxalanıb.Sözügedən qadının adı açıqlanmır. NASA nümayəndələri bir neçə aylıq araşdırmaların nəticəsi olaraq, şərti alıcı kimi Los-Ancelesdəki restoranlardan birində həmin qadınla görüşüblər.Ay daşları ABŞ-ın milli varlığı sayılır.
ABŞ-ın sabiq prezidenti Riçard Nikson bütün ABŞ ştatlarına, 136 ölkəyə Ay daşı hədiyyə etmişdi. Bu daşların qeyri-qanuni yollarla milyonlarla dollara satılmaq təhlükəsi var.Yeri gəlmişkən, 1969-72-ci illər arasında Apollo Aya etdiyi kosmik səyahət nəticəsində 2200 parça daş, toz nümunələri gətirmişdi.
Hondurasa hədiyyə edilmiş daş 1998-ci ildə Mayamidə 5 milyon dollara satılarkən bunun qarşısı alınmışdı. Los-Ancelesdə qadının əlində yaxalanan daşın həqiqətən Ay daşı olub-olmadığının dəqiqləşdirilməsi məqsədilə test keçiriləcək.
Testdə ilk növbədə Ayda kəşf edilən “armalcolite” mineralının daşda olub-olmadığına diqqət yetiriləcək. Daşı satan qadının hələlik həbs olunmadığı bildirilir.