Avropa Birliyinin rəsmi Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi gözlənilir
Iran nüvə proqramının beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olduğuna görə ABŞ və Avropa ölkələri rəsmi Tehrana qarşı qəbul etdiyi iqtisadi və hərbi sanksiyaları sərtləşdirməyi nəzərdə tutur.
Avropalı diplomatların sözlərinə görə, Brüsseldə toplanacaq Avropa Birliyinə üzv ölkələrin xairci işlər nazirlərinin mayın 23-də keçiriləcək toplantısında Irana qarşı qadağalara əlavələr olunacağı gözlənilir. Qəbul olunacaq yeni sanksiyaların Iranla bağlı daha 100 şirkətə şamil ediləcəyi nəzərdə tutulub.
***
Əhmədinejada impiçment təhlükəsi
İran parlamentinin deputatları prezidenti Konstitusiyanı pozmaqda günahlandırdı
Ölkənin ali dini lideri Əli Xamneyi ilə münasibətləri gərgin olan Iran prezidenti Mahmud Əhmədinejada növbəti zərbə deputatlardan gəlib. Parlamentin müvafiq komissiyası Mahmud Əhmədinejadın Konstitusiyanı pozduğuna dair ittihamlarla əlaqədar prezidentin impiçmenti haqqında səsvermə keçirilməsinin mümkünlüyünü araşdıracaq.
“Rusiyanın səsi” radiosunun yaydığı məlumata görə, Iran parlamentinin 12 deputatı Əhmədinejadı Konstitusiyanı pozmaqda ittiham edərək parlament komissiyasına müraciət edib. Onlar müraciətlərində təxminən Konstitusiyanın 50 pozuntusuyla bağlı faktlar göstəriblər. Komissiya 10 gün ərzində müraciətə baxmalı və yekun rəyini digər komissiyaya göndərməlidir.