Medvedevin arvadı Bakıya dəvət olundu

Əliyevlər Rusiya prezidenti ilə şəxsi əlaqələri yaxşılaşdırmaq istəyir

 

Moskvada səfərdə olan Mehriban Əliyevanın Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevanı Bakıya dəvət etdiyi barədə xəbər var.
Medvedev prezident seçiləndən indiyə qədər Azərbaycan rəhbərliyi ona ciddi əhəmiyyət verməyib, Vladimir Putinin xətrinə dəyməmək üçün onunla münasibətlərində müəyyən məsafə saxlayıb. Amma bu ərəfədə Dmitri Medvedevin prezident seçkilərinə hökmən qatılacağı barədə qənaətlər möhkəmləndiyi üçün Əliyevlər ehtiyatı bir kənara buraxmalı olublar. Qərbin Putinə qarşı Medvedevlə birləşdiyini görən Əliyevlər PF prezidenti ilə münasibətləri sahmana salmaq üçün tədbirlər görməyə başlayıblar. Xanım Medvedevanın Azərbaycana dəvət edilməsi də bu layihə çərçivəsində nəzərdən keçirilən siyasi qonaqpərvərlik aksiyalarından biridir.

 

İnformasiya şöbəsi