Yaxın vaxtlarda minlərlə elm adamı təqaüdün ümidinə qalmalı olacaq
Milli Məclisin Əmək Məcəlləsinə və “Dövlət Qulluğu haqqında” qanuna təklif edilən əlavə və dəyişiklikəri qəbul etməsi, gözlənildiyi kimi, böyük etirazlara səbəb oldu. Əmək Məcəlləsinin 10.1-ci maddəsinə edilən əlavə nəticəsində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddi 65 göstərilib. Bu isə o deməkdir ki, yaxın vaxtlarda minlərlə elm adamı təqaüdün ümidinə qalmalı olacaq.
Ekspertlərin fikrincə, hakimiyyətin bu addımı atmasında bəzi siyasi məqsədlər də var. Onlardan başlıcası cavan kadrlara geniş meydan verməklə cəmiyyətdəki narazılığı müəyyən dərəcədə azaltmaqdır. Artıq MM-in etdiyi dəyişikliklərə ilkin reaksiyalar gəlib.
Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib ki, rəhbərlik etdiyi təşkilatın strukturunda 10 minə yaxın insan çalışır. Onların təxminən yarısına qədəri təqaüd yaşına çatan işçilərdir. Gənclərin sayı yaşlılara nisbətən azdır. AMEA prezidenti alimlər üçün yaş senzinin daha çox fərdi yanaşma əsasında tətbiqinin tərəfdarı olduğunu bildirib. Çünki elə alimlər var ki, 65 yaşında çox məhsuldar çalışır, işləyirlər. Onların çoxlu tələbələri, aspirantları var. Ona görə də burada vahid standart deyil, fərdi yanaşma olmalıdır. Elə alimlər də var ki, 60 yaşa çatmamış fəaliyyətini dayandırıb və heç bir perspektiv vəd etmir.
“Modern.az” saytında yer alan yazıda bir sıra ali məktəb rektorları – deputatlar bu dəyişikliklərdən narazılıq ifadə ediblər. Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov çıxışı zamanı qeyd edib ki, müzakirəyə çıxarılan sənədlər Azərbaycanda kadr məsələsinin möhkəmlənməsində böyük rol oynaya bilər. “Lakin burada söhbət əsasən yaş həddindən gedirsə, bu, təhsil müəssisələrində 40 faiz işçinin ixtisara düşməsi deməkdir. Bununla da biz nə iş görə biləcəyik?”, deyən Ə.Əmiraslanov bu məsələyə yenidən baxılmasını təkilf edib.
Iqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında yaşı 70-dən yuxarı olan 170 professor, elmlər namizədi fəaliyyət göstərir: “Ümumilikə bizdə 900 müəllim-professor heyəti var. Universitetlərin Elmi şuralarının tərkibinin 70 faizi yaşı 65-dən yuxarı olanlardır. Əgər bu dəyişikliyi qəbul etsək, Elmi şuaralar iflic vəziyyətə düşəcək”.
Memarlıq və Inşaat Universitetinin rektoru Gülçöhrə Məmədova da dəyişikliklrin əleyhinə çıxaraq rektorları müdafiə edib.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə qeyd edib ki, dəyişiklik qəbul olunsa, bu, orta və ali təhsil müəssisələrində 40-50 min arası təhsil işçilərinə şamil oluna bilər. “Ali və orta məktəblərimiz hansı günə düşə bilər?” deyə BDU-nun rektoru təkliflərin əleyhinə çıxıb. A.Məhərrəmov bildirib ki, onları indi uzaqlaşdırmaq real deyil: “Problem yarana bilər. Məncə, beş-on ildən sonra bu məsələ həll oluna bilər. Azərbaycanda cəmi 1800 professor var. Belə çıxır ki, 1000 nəfər getməlidir. Bu, necə olacaq? Mən hesab edirəm ki, yaş həddi 65-70 yaş həddi kimi nəzərdə tutulmalıdır. Kvota beş faiz artırılmalıdır”. Ali məktəb rektorlarından yalnız Dillər Universitetinin rektoru Səməd Seyidov qanunu dəstəkləyib.Beləliklə, parlament “rektor qiyamı”na baxmayaraq, qanuna dəyişikliyi qəbul edib.Hikmət