ATV-nin aparıcısı İTV-nin rəhbərini “iynələdi”

İTV-nin «hamam suyundan özünə dost tutması» ikrah yaradıb

“Eurovision” musiqi yarışmasında Azərbaycanın qələbə qazanmasına görə bəzi şəxslərin Ictimai Televiziyaya (ITV) da təşəkkür etməsi ATV kanalındakı verilişlərdən birinin aparıcısı: həmçinin “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızını hövsələdən çıxarıb.
O, ötən gün “facebook” səhifəsində ITV-yə olunan minnətdarlığı başa düşmədiyini yazıb və bu status ətrafında qızğın müzakirələr yaradıb: “Məətəl qalmışam, gərək sabah araşdırım ki, ITV-yə niyə təşəkkür edirlər?”
X.Hidayətqızı ilə polemika aparmaq istəyənlər ITV-nin “Eurovision” təmsilçilərimizin reklamını apardığını yazanda jurnalist xanımın ITV-nin baş direktoru Ismayıl Ömərovun kefinə soğan doğrayan fikirlərini davam etdirib: “Başa düşmədim ki, harada təbliğat aparıb o telekanal… Baxan var ki, ITV-yə?
Gəlin, obyektiv olaq. Bu kanal büdcədən o qədər pul alır və üzərinə düşən işi görüb. Əgər ITV-yə qalsa, onlar yəqin Tellini (aşıq Telli nəzərdə tutulur) göndərərdilər yarışmaya”.

Natiq