O, «Facebook»da olmasaydı, bir nəfər özünü öldürəcəkdi…
Ayəndə Mürsəliyeva
Günün azı, 8 saatını internetdən istifadə edən Elçin Həsənov, dünyada baş verən ən son xəbərləri gündəlik qəzetlərin internet səhifələrindən və digər portallardan alır. Və bu informasiyaları “Facebook” səhifəsində öz dostlarıyla bölüşür. Elçinin fikrincə, “Facebook” istifadəçilərinin çoxu telekanallarda görmədiyi gerçəklikləri burada görür. Yəni, istər beyinlərdəki “inqilablar”, istərsə də gerçək həyatdakı çevrilişlər bu sosial şəbəkənin təsiri ilə bağlıdır. Onun əvvəlki “Facebook” hesabını təxribatçılar ələ keçirmişdi. O hesab edir ki, bu təxribatçı əməllər artıq əks təsirə səbəb olur. Müxalifətlə iqtidarın arasında qalaraq seçim etmək istəyən bitərəflərin də hakimiyyətə qarşı nifrətinin artmasına səbəb olur.
***
Mən kiməm?
– Sumqayıtda müəllim ailəsində anadan olmuşam. Orta məktəbi bu şəhərdə bitirmişəm. Sonra hərbi həkim ixtisasına yiyələnib, 2002-ci ilə kimi döyüş bölgələrində hərbi xidmətimi zabit kimi davam etdirmişəm. Ordudan tərxis olunandan sonra yaşadığım şəhərdə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” Ictimai Birliyində koordinator kimi çalışmağa başladım. Daha sonra Bakı Jurnalistika Məktəbində jurnalistika təhsili alaraq 2005-ci ildən Sumqayıtda çıxan “Yüksəliş naminə” qəzetində çalışıram.
***
– “Facebook”da anonim adlarlardan istifadə edənlərə münasibətin necədir?
– Mən həyatda olduğu kimi, virtual aləmdə də hər bir fəaliyyətimi və sözümü öz adımla deməyə çalışıram. Bəziləri bunu mənə irad tutsa da, məncə, ən böyük biclik elə düzgünlükdür. Prinsipimə uyğun olaraq, istifadə etdiyim “Facebook” və “Twitter”ÿkimi sosial şəbəkələrdə öz adımla yazışmalar aparıram.
Amma real olmayan profillərə də pis baxmıram. Mənim üçün əsas odur ki, insanların öz sözünü müstəqil şəkildə deməsinə şərait olsun. Hər adamdan qəhrəmanlıq gözləyə bilmərik. Elə adamlar var ki, əvvəlcə sözünü deməyə çəkinir. Amma virtual aləmə düşən kimi elə aktivləşir ki, bir də baxırsan artıq bloqçudur.
Indi “Facebook”da iki hesabım var: “Elçin Həsənov” və “Laçın Seyidlər”.
– Niyə iki?
– Çünki iki dəfə “Facebook”da səhifəmi kimlərsə bağlayıblar. “Laçın Seyidlər” imzası ilə yaratdığım hesabın simvolik mənası var: əslən Laçının Seyidlər kəndindənəm.
“Cabbarla ”Facebook”da tanış olduq, dostlaşdıq”
– Mənim fikrimcə, “Facebook” bu gün şəffaf bir güzgüdür. Həmin güzgüyə baxdıqca hər kəs orada yazdıqları yazılarla özünü görə bilər. “Facebook” mənim üçünÿhəm dəÿyeni bir dünyadır. Həyatda və ya işlədiyim qəzetdə deyə bilmədiyim fikirləri orada səsləndirirəm.
Bir də bu sosial şəbəkə vasitəsilə özümə çoxlu sayda dost tapa bilmişəm. Onlarla hazırda yaxından dostluq edirəm. Virtual aləmdə yaxından tanıdığım dostlardan biri də hazırda hakimiyyət tərəfindən şərlənərək həbsə atılan Cabbar Savalanlıdır. Əgər “Facebook” olmasaydı, Cabbar kimi vətənpərvər gənclə, bəlkə də yaxından tanış ola bilməzdim. Bu imkanı virtual aləmin ən böyük dəyərlərindən biri sayıram.
“Twitter”də də varam, amma orada təzələrdən sayılıram”
Artıq bir ay olar ki, “Twitter”də hesab açmışam. Virtual aləm mənəÿdünyanı çox kiçildə bildi. Təsəvvür edin, məndən çox uzaqlarda yaşayan, amma mənimlə eyni dəyəri bölüşən gənclərləÿyaxından tanış olub, onunla bu günə kimi həyatda dostluq edə bilirəm. Onlarla fikir mübadiləsi aparıram. Keçirdiyimiz siyasi aksiyaları və tədbirləri hesabımda olan dostlarıma çatdıra bilirəm.
– Siyasət üçün var olduğunu deyə bilərsənmi?
– Siyasət abstrakt fenomen deyil. Vaxtilə siyasət bir nəfərin və yaxud məhdud qrupun məşğuliyyəti idisə, indi siyasət hər bir kəsin məşğuliyyətinə çevrilir. Buna görə dəÿo fikirlə razıyam ki, “sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq”. Əslində, bugünkü çətin situasiyada siyasətlə məşğul olmaq insanlardan cəsarət tələb edir. Çünki indiki hakimiyyət açıq şəkildə bizlərə mesaj verib ki, “siyasət yalnız bizlikdir və bu işlə ancaq mənim icazəmlə məşğul olmaq olar”. Nə qədər siyasətlə məşğul olduğumu isə sosial şəbəkələrdə yazdığım rəylərə diqqət yetirsəniz, daha aydın görəcəksiniz.
“Facebook” siyasət meydanıdır”
“Facebook”un siyasətə çox dəxli olduğunu son zamankı proseslər də göstərir. Ən azı, Cabbarın tutulması onun “Facebook”dakı fəaliyyətilə bağlıdır. Istifadə etdiyim “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə fəaliyyətim əsasən, siyasi çıxışlar üzərində qurulub. Çünki bu gün Azərbaycanda bizim kimi gənclər üçün ən sərbəst yer bu sosial şəbəkələrdi. Hakimiyyət bizim üzümüzəÿtelekanalları qapadıb, sərbəst toplaşmaq azadlığımız da tanınmır. O zaman başqa yollar axtarmağa məcbur oluruq. Hazırda “Facebook” yazılarımda gəncləri bugünkü situasiyada daha çox aktiv olmağa çağırıram. Dünyada və ya ölkədə baş verən hadisələri öz səhifəmdə özümə məxsus yumorla şərh edirəm və bunun bitərəf gəncləri maraqlandırdığını görürəm. Hətta bir neçə gənc “Facebook”da mənim yazılarımdan sonra öz rəğbətini bildirərək bizim partiyaya üzv olmaq istədiyini bildirib.ÿOnlarla bu günə kimi də yoldaşlıq edirəm.
“Burada bir nəfəri ölümdən xilas etdim”
Hazırda virtual aləmdə tanış olduğum 30 nəfərdən çox dostum var. Onların içində Azərbaycanın müxtəlif rayonlarında və ölkəmizdən kənarda yaşayanlar da var.
Sizə bir olmuş hadisəni danışmaq istəyirəm. Bu yaxınlarda bir neçə gün idi, “Facebook”da tanış olduğum Nigar adlı xanımla danışarkən, onun depressiyaya düşdüyünü və özünə qəsd edəcəyini duydum. Bir neçə saat çatda onunla danışdıqdan sonra onu özünə qəsd etməkdən çəkindirə bildim. Və onunla həyatda görüşüb, artıq bir neçə gündür dostluq edirəm. Bundan onun ailəsinin də xəbəri var. Ən çətin anında ilk müraciət etdiyi şəxsin mən olduğumu fəxrlə deyə bilərəm.
– “Facebook”da vaxt “öldürürsən”, ya ciddi iş görürsən?
– Başqalarını deyə bilmərəm, şəxsən mən “Facebook”daÿ ciddiÿmüzakirələrin aparılmasının tərəfdarıyam. Bu günə kimi bir neçə siyasi aksiyaları və tədbirləriÿ”Facebook”dakı dostlarımla bölüşməklə keçirmişəm. Gül bayramına etiraz aksiyasından tutmuş, Sumqayıtda QHT-lərin keçirdiyi seminarlara qədər hamısını orada təbliğ etməklə keçirə bilmişik.
Bundan əlavə, “Facebook”dan istifadə etməklə büdcəmə də qənaət etmiş oluram. Hətta son günlər “Facebook”da verdiyimiz elanlar vasitəsiləÿSumqayıtda insanları teatr tamaşalarına da cəlb etmişik.
Hazırda “Facebook” yemək qədər gündəlik tələbatlarımdan birinə çevrilib. Günümün ən azı, 8 saatını virtual aləmdə dostlarımla yazışmaqla keçirirəm.
– Ənənəvi sual: səncə, “Facebook” ənənəvi KIV-ə uduzurmu?
– “Facebook” müzakirələrini ictimai rəyə təsir baxımından KIV-lərə uduzmuş hesab etmək olmaz. Amma hələ də internetdən istifadə etməyi bacarmayan on minlərlə insan var. Hətta elə ali təhsilli gənclər var ki, onlar kompüteri yandırıb-söndürə bilmir. Bunun bir səbəbi həmin gənclərin tənbəlliyində olsa da, əsas səbəb hakimiyyətin internetə olan qısqanc münasibətidir. Internetin qiyməti də bu təsirlərdən biridir. Dünyada ən bahalı internet tarifinin Azərbaycanda olması da insanların internetden istifadə etməsinə olan maneələrdən biridir.
Amma hər halda, “Facebook”un ictimai rəyə təsiri çox böyükdür. Ölkədəkiÿbəzi gerçəklikləri tanıtmaq üçün bu, çox yaxşı vasitədir. Telekanallarda alternativ rəy yoxdur. Onun üçün də “Facebook”un ictimai rəyə təsirinin çox olduğuna inanıram.
“Sosial şəbəkələr gerçək vətəndaşlar hazırlayan virtual məktəbdir”
– “Facebook”da gənclərin daha çox və daha fəal olması Azərbaycanda gedən siyasi prosesləri tezləşdirə biləcək. Doğrudur, hələlik azərbaycanlıların bir çoxu hakimiyyətin basqılarından qorunmaq məqsədilə real həyatdan kənara çəkilir, daha çox virtual aləmdə fəaliyyətdə olurlar. Amma bu da bir mərhələdir. Bu mərhələ öz yerini daha çox adamın gerçəkliyə qoşulması mərhələsinə verəcək. Bu proses artıq başlayıb. “Facebook”da aktiv olan çox gənclər var ki, onlar ərəb ölkələrində baş verən inqilablarda bu sosial şəbəkənin böyük rolu olduğunu görərək, bir neçə qruplar yaradaraq, ölkədə siyasi dəyişikliklərin zəruriliyinə inanırlar. Bu da bir əminlikdir. Başlıcası, virtual fəallıq real fəallığın təməlidir, deyə bilərik.
“Ilham Əliyev iki nəfəri izləyir”
Bir neçə gün bundan əvvəl “Azadlıq” radiosunda gedən bir reportaj məni “Twitter” istifadəçisinə çevirdi. “Azadlıq” əməkdaşlarından birinin araşdırmasına görə, Ilham Əliyev də bir neçə aydır ki, “Twitter”də səhifə açıb və o səhifədə cəmi iki nəfəri izləyir. Həmin izlədiyi şəxslər isə Prezident Aparatının işçiləridir. Çox təsadüf hallarda səhifəsində nəsə yazır. Bundan sonra mən qarşıma məqsəd qoydum ki, ingilis dilini öyrənib, hakimiyyətin bir neçə dil bilməsilə öyündüyü Ilham Əliyevdən daha çox izləyicisi olan səhifəyə sahib olacağam. Və artıq bir həftə ərzində postamda yazdığım yazılara görə, 40 nəfərdən çox izləyici toplamışam, xeyli sayda siyasi fəalların izləyicisiyəm.