Göyçaylılar Vidadi İsgəndərovun müdafiəsinə qalxdılar

İcra başçısının təhdidlərinə baxmayaraq, onun müdafiə kampaniyasına 500 rayon sakini qoşulub

Göyçay rayonunda 7 noyabr 2011-ci il parlament seçkiləri zamanı qanun pozuntusuna yol vermək ittihamı ilə həbs edilmiş hüquq müdafiəçisi Vidadi Isgəndərova dəstək üçün imzatoplama kampaniyası başlayıb. Onun qardaşı Oqtay Isgəndərlinin Turana verdiyi məlumata görə, artıq məhbusun müdafiəsi üçün 500-ə qədər imza toplanıb.
O.Isgəndərli, həmçinin bildirib ki, rayon icra başçısı Mansur Məmmədov kampaniyanın keçirilməsinə mane olur. Imza verən insanlar polisə aparılmaqla qorxudulur. O.Isgəndərlinin sözlərinə görə, V.Isgəndərov haqqında ittihamın saxta olduğu deyilən müraciət dövlət başçısına göndəriləcək.
7 noyabr 2010-cu il parlament seçkilərindən dərhal sonra Isgəndərov deputatlığa namizədliyini irəli sürdüyü 89 saylı Ağdaş-Göyçay seçki dairəsində seçkilərin saxtalaşdırılmasına dair video və əşyavi dəlillər təqdim edib. Lakin onun özünü pozuntularda ittiham edərək, cinayət işi açıblar. Buna qədər isə aprelin 2-də və 17-də Isgəndərov Ictimai Palatanın mitinqlərində iştirak etdiyi üçün həbs olunmuşdu.