Polisdəki dəyişikliklərin pərdəarxası

Usubov Yaşar Əliyevi «qorotdel»dən niyə uzaqlaşdırdı?

 

Salman Əliyev: «BŞBPI rəisi Rafiq Abbasovla konflikti olan nazir özünə yaxın adamları ora yerləşdirmək niyyətindədir»
Bu günlərdə Daxili Işlər Nazirliyində iki kadr dəyişikliyi olub. Çevik Polis Alayının komandiri Səhlab Bağırov tutduğu vəzifədəfən azad edilərək paytaxt polisinin rəis müavini vəzifəsinə gətirilib. Eyni zamanda BŞBPI rəis müavini Yaşar Əliyev də həmin vəzifədən azad edilərək Baş Mühafizə Idarəsinə rəis təyin olunub. Bu təyinatlar paralel olaraq iki səbəblə izah edilir. Birinci səbəb odur ki, paytaxt polisinin rəhbərliyi hər zaman nazir Ramil Usubovdan uzaq olub. Yeni rəis müavini isə nazirə yaxınlığı ilə seçilir. Bu təyinat idarəni nəzarətdə saxlamaq məqsədi daşıya bilər. Digər tərəfdən, son zamanlar ölkədə müşahidə edilən fəallıq polisin daha da gücləndirilməsinə səbəb olub. Aksiyaların dağıdılmasına təcrübəsi olan Çevik Polis Alayının rəhbərinin paytaxt polisinə gətirilməsi də səbəb kimi göstərilir.
Bəs bu təyanatları müxalifət necə qarşılayır?
Keçmiş polis işçisi, “Igidliyə görə” medalından bu yaxınlarda imtina etmiş Salman Əliyevin fikrincə, bu təyinatlarla həm Yaşar Əliyev, həm də Səhlab Bağırov xüsusi xidmətlrinə görə mükafatlandırılıb. Biri tabeçilikdən çıxıb idarə rəisi olub. Ikincisi isə general rütbəsi statusunda olan bir vəzifəyə gətirilib. Hər ikisi xüsusi xidmətlərinə görə mükafatlanıb: “BŞBPI rəisi Rafiq Abbasovla konflikti olan nazir özünə yaxın adamları ora yerləşdirmək niyyətindədir. Son təyinat da bundan xəbər verir. Digər tərəfdən, Usubov özünə yaxın adamın general rütbəsi almasında maraqlıdır. yaxın vaxtlarda Səhlab Bağırovun rütbəsinin artırılacağını da gözləmək olar”.
S.Əliyev müxalifətin aksiyalarında qəddarlıq nümayiş etdirən Yaşar Əliyevin də “xüsusi” xidmətlərinə görə vəzifəsinin artırıldığını vurğuladı.

 

Fizzə