Qurumun yeni prezidenti Qorxmaz Hüseynov özündən əvvəlki rəhbərlərin fəaliyyətini təftiş etməyə başlayıb
“Azərsu”nun yeni prezidenti Qorxmaz Hüseynov spiker Oqtay Əsədovun bu qurumdakı adamlarını işdən çıxarmaqda davam edir. Əldə etdiyimiz məlumatlara görə, bir həftə əvvəl Qorxmaz Hüseynov “Azərsu”da idarə rəisi Zahid Bəndəliyevi tutduğu vəzifədən azad edib.
Bildirilir ki, Zahid Bəndəliyev Oqtay Əsədovun ən yaxın adamlarından biri olub. Məlumatlarda, həmçinin deyilir ki, Qorxmaz Hüseynov Oqtay Əsədovla Nizaməddin Rzayevin fəaliyyət dövrünü təftiş etməyə başlayıb.
Oxucuların diqqətinə çatdıraq ki, Oqtay Əsədov “Azərsu”nun prezidenti vəzifəsindən spiker postuna sıçrasa da, yaxın adamı Nizaməddin Rzayevi yerinə təyin edərək qurumu nəzarətində saxlaya bilmişdi. Lakin “antikorrupsiya şousu” başlanar-başlamaz hakimiyyətdəki kürd qruplaşması “Azərsu”nu ələ keçirdi. Və quruma neft şirkətinin prezidenti Rövnəq Abdullayevin müavini Qorxmaz Hüseynov təyin edildi.



