Obama isə bəyan etdi ki, “Əl-Qaidə” liderinin meyitinin şəkli çap olunmayacaq
ABŞ prezidenti Barak Obama qərara gəlib ki, Bin Ladenin meyitinin şəkli mətbuatda yayılmasın. Ağ Evin sözçüsü prezident Obamanın bu qərarını zorakılığı və qəddarlığı təbliğ etməmək istəyi ilə əlaqələndirib. Barak Obama özü isə bildirib: “Əlbəttə, elə adamlar tapılacaq ki, bin Ladenin ölmədiyini iddia edəcəklər. Amma fakt faktlığında qalır. Biz də bilirik, “Əl-Qaidə” də bilir ki, bin Laden artıq yoxdur, məhv edilib və o, bir daha heç yerdə peyda olmayacaq”.
Xatırladaq ki, ABŞ-da aparılan DNK testləri də cəsədin 100 faizlik dəqiqliklə bin Ladenə məxsus olduğunu təsdiqləyib.
Bu arada isə Reuters xəbər agentliyi bin Ladenin öldürüldüyü evdə çəkilən qanlı fotoları yayımlayıb. Hərçənd, evin içərisindən və çölündən çəkilən fotolarda bin Ladenin cəsədi görünmür.
İnformasiya şöbəsi