Qəzzafi, bin Əli və Mübarəkin gizli hesabları tapıldı

İsveçrə banklarının birində Müəmmər Qəzzafi ilə bağlı bir hesabda 400 milyon dollardan çox pul aşkarlanıb.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə xarici işlər naziri Lars Knuxel məlumat verib. Müəmmər Qəzzafi ilə bərabər, Misirin sabiq prezidenti Hüsnü Mübarək və Tunisin devrilmiş prezidenti Abidin bin Əliyə məxsus hesablar da tapılıb. Hüsnü Mübarəkin hesabında 410 milyon frank, Abidin bin Əlinin hesabında 60 milyon frank var. İsveçrə xarici işlər naziri bu şəxslərin hesablarının olduğu bankın adını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Misir və Tunis sabiq prezidentlərin hesablarındakı vəsaitlərin bu ölkələrə qaytarılması ilə bağlı İsveçrə hökumətinə müraciət edib.