Dövlət başçısı avtoritar imici üzündən şansını qaçırıb
İngiltərə şahzadəsi Uilyamın bütün dünyanın diqqətində olan təntənəli toy mərasimi ilə bağlı “Azadlıq”a ilginc xəbər daxil olub. Xəbərin bir tərəfi Azərbaycan rəhbərliyinə bağlıdır. Məlumata görə, Azərbaycan prezidenti Ilham Əliyev bu mərasimdə iştirak etmək üçün ciddi cəhdlər göstərib.
Əliyevin bu cəhdlərə əl atmasında şahzadə Uilyamın əmisi şahzadə Endrü ilə dostluq münasibətlərinə güvəndiyi deyilir.
Ancaq bəlli olduğu kimi Əliyev ilin toyuna qatıla bilmədi.
Əliyevin toya qatıla bilməməsi isə onun avtoritar imici ilə bağlıdır. Hələ bu ilin mart ayında şahzadə Endrü ilə Ilham Əliyevin görüşündən sonra Ingiltərə mətbuatı kral ailəsini topa tutdu. Ingiltərə mediası yazırdı ki, şahzadə Endrünün despot bir rəhbərlə görüşməsi Britaniyanın və kral ailəsinin nüfuzuna ciddi zərbədir. Görünür, kral ailəsi Ilham Əliyevi toya dəvət etməklə yenidən Ingiltərə mətbuatının hədəfinə gəlmək istəməyib.
İnformasiya şöbəsi