Suriyada böyük “Qəzəb Günü”

Ölkənin dördbir yanı Bəşər Əsədə “get” dedi; ordu xalqın tərəfinə keçir

 

Suriyada Bəşər Əsədin istefası tələbiylə martın ortalarından keçirilən etiraz aksiyaları dünən də davam edib. Cümə namazından sonra ölkənin müxtəlif şəhər və qəsəbələrində küçələrə axışan milyonlarla insan “Qəzəb günü” aksiyasına qoşulub.

 

Ölkənin paytaxtı Dəməşq başda olmaqla Banyas, Lazkiyə Dəraa, Humus, Qamışlı kimi iri şəhərlərdə, eləcə də digər vilayət və kəndlərdə yerləşən məscidlərdə namaz qılan suriyalılar mərasimdən sonra mərkəzi meydanlara toplaşıb. Aksiya iştirakçıları Bəşər Əsədin dərhal istefa verməsini tələb ediblər. Onlar artıq iqtidarın islahat vədlərinə inanmadıqlarını və Bəşər Əsəd hakimiyyətinin xalqın etimadını itirdiklərini bildiriblər.

Bəşər Əsəd hakimiyyəti etiraz aksiyalarının qarşısını almaq üçün həm payaxta həm də bölgələrə əlavə ordu birləşmələri yeridib. Hakimiyyətin ən güvənli hərbi birləşməsi sayılan Respublika Mühafizəçiləri Korpusunun əsgələri paytaxt Dəməşqi mühasirəyə alıb. Şəhərin mərkəzi meydanlarına gedən yollarda barrikadalar qurulub. Dəməşqin mərkəzində etiraz aksiyarının keçirilməsinə imkan verilməsə də paytaxt yaxın Miidan bölgəsində on minlərlə insanın qatıldığı mitiqn baş tutub. Hökumət qüvvələri aksiyayanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.  Yaranmış toqquşmalarda ölən və yaralananların olduğu bildirilir.

Lazkiyə şəhərində Bəşər Əsədin istefası tələbiylə keçirilən etiraz askiyasına hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində azı 10 nəfərin öldüyü və yaralandığı barədə məlumatlar yayılıb. Etirazçılar küstar üsulla hazırlanmış silahlardan hökumət qüvvələrinə atəş açıb.

Banyas və Humus şəhərlərində cümə namazını bitirən minlərlər suriyalı məscidlərdən küçələrə axışıb. Buradakı aksiyalarda da Bəşər Əsədin dərhal istefa verməsi və etiraz aksiyaların sərt müdaxilə əmri verən rəsmilərin cəzalandırılması tələb olunub.

Suriyanın şərqində yaşayan Kürd əsilli vətəndaşlar da ölkəni bürüyən antihökumət aksiyalarına dəstək nümayiş etidirblər. Müxalifət təmsilçisi Həbib İbrahim Dəraa vilayətində keçirilən mitinqə kürdlərin də qatıldığını bildirib.

“Müsəlan Qardaşları” Əsədi tiran adlandırdı

“Əlcəzirə” kanalının verdiyi məlumata görə, bir neçə gün öncə Dəraa vilayətinə yeridilmiş əlavə ordu birləşmələri Bəşər Əsədin istefas tələbiylə keçirilən aksiyaya müdaxilə etməkdən imtina edib. Onlar Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında Dəraaya göndərilən başqa bir bölüyün əsgərləriylə silahlı qarşıdurmaya girib.

Suriya ərazisində fəaliyyəti qadağan olunmuş “Müsəlman Qardaşları” təşkilatı xalqa müraciət edərək hər bir vətəndaşını Bəşər Əsəd rejiminə mübarizəyə səsləyib. Onları birləşərək vahid güc olmağa çağırıb. Təşkilatın yaydığı bəyanatda deyilir:“Azadlıq və ləyaqətiniz üçün tək səs, tək ürək olun. Tiranın sizi köləyə çevirməsinə icazə verməyin. Bir olsanız Əsəd ailəsinin diktatorluğu tezliklə sizin qarşınızda diz çökəcək”.

İnformasiya şöbəsi