“Catel” niyə bağlanıb?

Şirkətin qapanması milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyevin «vurulması» ilə izah edilir

Milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyevin işdən çıxarılması ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Məlumatlarda bildirilir ki, sabiq nazir müavininin “vurulmasında” “Catel” şirkəti ilə bağlı problem də rol oynayıb. Bildirilir ki, bu şirkətin rəhbəri Əli Nağıyevin oğludur. Məlumatlara görə, müxalifət kütləvi aksiyalara start verəndə hakimiyyət bütün mobil operatorların dinlənilməsi barədə göstəriş verib. Bu göstərişə təkcə “Catel” şirkəti əməl etməyib. Bu isə yuxarılarda hiddət doğurub. Şirkətin rəhbərliyi bunu “Catel”in CSM sistemlə işləməməsi ilə izah etsə də, nəticəsi olmayıb. Əvvəlcə, Əli Nağıyev tutduğu vəzifədən azad edilib, daha sonra “Catel”in fəaliyyəti dayandırılıb. “Catel” abonentlərinin sözlərinə görə, artıq 12 gündür ki, şirkət fəaliyyət göstərmir.

İnformasiya şöbəsi