Yəməndə gərginlik artdı

Müxalifət Salehini dərhal istefaya çağırdı, prezident isə rədd cavabı verdi

 

Yəməndə gərginlik davam edir. Ötən gün ölkənin bəzi şəhərlərində prezident Əli Abdulla Salehin istefası tələbiylə növbəti etiraz aksiyaları keçirilib. Öncə keçirilən antihökumət aksiyalarında olduğu kimi bu dəfə də polis mitinqə sərt müdaxilə edib.

 

Paytaxt Sənada təşkil edilən etiraz aksiyasına on minlərlə  insan qatılıb. Salehin potrtertlərini cıran etirazçılara hökumət qüvvələri müdaxilə edib. Yaranmış qarşıdurmada 1 nəfərin oldüyü onldan artıq nümayişçinin yaralandığı bildirilir.

Liman şəhəri Ədəndə baş tutmuş etiraz aksiyası zamanı da hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında gərginlik yaşanıb. Etirazçılara atəş açan təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı nümayişçilər tərəfindən öldürülüb.

Yəməndə hakimiyyətə təmsil olunan şəxslərin istefa verərək müxaliflərə qoşulanların sayı da drumadan artır.
Yeni qurulan “Ədalət və İnkişaf Bloku”nun lideri Məhəmməd Əbu Lahu “Gənclik Hərəkatı”nı dəstəklədiklərini bildirib.

Lahu “BBC”-yə verdiyi açıqlamasında təmsil etdiyi təşkilatın hədəflərinin demokratiya, ədalətli vətəndaş cəmiyyətinin inkişafı olduğunu söyləyib. O, “Ədalət və İnkişaf Bloku” olaraq prezident Əli Abdulla Salehin dərhal istefa verməsini və ölkədə yaranmış gərginliyi artırmamağı tələb edib.

32 ildir ölkəyə rəhbərlik edən Saleh müxalifətin qısa zaman ərzində istefa tələbini rədd edib. Saleh Yəmən müxalifətini onun həyatına qarşı sui-qəsd və dövlət çevrilişi hazırlamaqda günahlandırıb:“İqtidara gəlmək və hakimiyyət dəyişikliyi istəyən qüvvələr seçkilərə qatılmalıdır. Onların arzu etdiyi dəyişiklik yalnız və yalnız konstitusiya çərçivəsində, ədalət seçkilər nəticəsində baş verəcək”.

Xatırladaq ki, 32 ildir hakimiyyətdə olan Əli Abdullah Saleh səlahiyyət müddətinin başa çatacağı 2013 cü ildə namizədliyini verməyəcəyini bildirib.

İnformasiya şöbəsi