İnqilablar avtoritarizm üçün çıxılmaz dalandır

Kristofer Uolker: «Vətəndaşlara siyasi həyatda iştirak etmək imkanı verməyənlər böyük problemlərlə qarşılaşacaqlar»

Azərbaycanda davam etməkdə olan həbslər ABŞ-da Azərbaycanın Misirdən, Liviyadan sonra inqilab baş verəcək növbəti ölkə olub-olmayacağı mövzusunda geniş müzakirələrə səbəb olub.
“Freedom House”un araşdırmalar departamentinin rəhbəri Kristofer Uolker “Turan”ın Vaşinqton müxbirinə bildirib ki, Yaxın Şərqdə və Şimali Afrikada inqilablar avtoritarizmin çıxılmaz bir dalan olduğunu xatırlatdı. “Vətəndaşlarına siyasi və institusional həyatda iştirak etmək imkanı verməyən sistemlər, şübhəsiz, böyük problemlərlə qarşılaşacaqlar. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyiş əldə etmək üçün hakimiyyət digər tədbirlərlə yanaşı, mətbuat azadlığını təmin etməli, vətəndaş cəmiyyəti üçün şərait yaratmalı, məhkəmə sistemində və digər institutlarda islahatlar aparmalıdır”, – deyə Uolker bildirib.