Bəşər Əsəd də geri çəkildi

Etiraz aksiyaları üçün müxalifətin tələb etdiyi məkanlar ayrıBəşər Əsəd də geri çəkildi

Suriyada 48 il davam edən fövqəladə vəziyyət aradan qaldırıldı; sərbəst toplaşmaq qanunu qəbul edildi

Xalqın günlərlə davam edən etiraz aksiyaları qarşısında duruş gətirə bilməyən Suriya prezidenti Bəşər Əsəd geri çəkilməli olub. Suriya hakimiyyəti ölkədəki gərginliyi azalatmaq məqsədi ilə üç mühüm qərar qəbul edib. Hökumət ölkədə 48 ildir davam edən fövqəladə hal rejimini aradan qaldırıb.
“Reuters” Suriyanın rəsmi xəbər agentliyi “SANA”ya istinad edərək bildirib ki, hökumətin qəbul etdiyi qərarın qüvvəyə minməsi üçün prezident Bəşər Əsədin qərarı imzalaması lazımdır. Prezidentin imzasının yalnız rəsmi xarakter daşıdığı da vurğulanıb.
Suriya rəsmi xəbər agentliklərinin başqa bir məlumatında bildirilib ki, Bəşər Əsəd hakimiyyəti digər iki sərəncamla Dövlət Təhülkəsizlik Məhkəməsinin ləğv olunmasına və vətəndaşların sərbəst toplaşmaq hüququnun tanınmasına dair qərar qəbul edib.
Xatırladaq ki, Suriyada həftələrdir sürən və yüzlərlə insanın həyatını itirməsinə gətirib çıxaran antihökumət aksiyalarının əsas tələbi 48 ildir davam edən fövqəladə hal rejiminin ləğv edilməsi idi.

İnformasiya şöbəsi