«WikiLeaks» saytı Vaşinqtonun Bəşər Əsəd hakimiyyətilə bağlı ilginc planını yaydı
Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı etirazlar səngimir. Prezidentin islahatlar, eləcə də 48 il davam edən fövqəladə vəziyyət rejiminin aradan qaldırılacağıyla bağlı vədləri də ölkədə gərginliyi azaltmayıb. Hüms şəhərində minlərlə müxalifət tərəfdarının keçirdiyi dinc antihökumət aksiyasına təhlükəsizlik qüvvələri sərt müdaxilə edib. Yaranmış qarşıdurma zamanı 8 aksiya iştirakçısı həlak olub, onlarla insan yaralanıb.
Müstəqillik günü münasibətilə ölkə müxalifətinin “Suriyanın azadlığı” çağırışından sonra müxtəlif şəhərlərdə Bəşər Əsədin istefası tələbilə kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları Əsədin istefa verməyəcəyi təqdirdə, mitinqlərin davam edəcəyini bildirib.
ABŞ diplomatlarının məxfi yazışmalarını yayan “WikiLeaks” saytı Suriya ilə bağlı maraqlı dosye açıqlayıb. 2006-cı ildə yazılmış məxfi sənədlərə görə, ABŞÿ hökumətiÿSuriya müxalifətinə dəstək məqsədilə ölkə ərazisində yayımlanacaq peyk televiziyasının açılmasına yardım edib. Ağ ev administrasiyası “Baradaÿ TV” adlıÿ kanaldan əlavə, Suriya müxalifətinə gizli maliyyə və təşkilati dəstəyini də əsirgəməyib.
“WikiLeaks” saytının yaydığı gizli məktublarda göstərilir ki, ABŞ hökuməti 2006-cı ildən bu yana Suriyada Bəşər Əsəd iqtidarına müxalif mövqedə dayanan Ədalət və Inkişaf Hərəkatına və digər təşkilatlara 6 milyon dollar maliyyə yardımı ayırıb.
Xatırladaq ki, mərkəzi ofisi Londonda yerləşən “Barada TV” son günlər Bəşər Əsəd hakimiyyətinə qarşı etirazlara daha çox diqqət ayırır. Yerli və beynəlxalq müşahidəçilər bu ölkədə baş verənlər barədə məlumatları məhz bu kanala istinadən yayır.
İnformasiya şöbəsi