“Human Rights Watch” 17 aprel zorakılığına münasibət bildirdi
“Beynəlxalq birlik Azərbaycan hakimiyyətinə təzyiqləri artırmalı və son etiraz aksiyaları zamanı həbs olunmuş fəalların azadlığa buraxılmasına nail olmalıdır”. Bu barədə “Turan”a “Human Rights Watch” hüquq-müdafiə təşkilatının Avropa və Asiya proqramları üzrə icraçı direktoru Reyçel Denber bldirib.
“Hakimiyyətin dinc aksiyaların qarşısını almaq siyasəti səmərəsizdir və insan hüquqlarının, əsasən söz və toplaşma azadlığının təminatı sahəsində hakimiyyətin beynəlxalq öhdəliklərinə ziddir”, – deyə o, bildirib.
“Korrupsiya əleyhinə kampaniyanı hakimiyyətin ciddi addımı hesab etmək olarmı” sualının cavabında Denber deyib ki, real islahatlar dərindən olmalıdır: “Hüquq sahəsində geniş islahatlar lazımdır ki, bu, praktikada hökumətin cəmiyyət qarşısında real hesabatlılığını təmin etsin. Bu islahatlar seçkilərin keçirilməsini, qanunları, QHT və KİV-in fəaliyyətini əhatə etməlidir”.