Daha bir diktatora ömürlük həbs

Reynaldo Binonye insanlığa qarşı cinaytələrdə təqsrili bilindi

 

Sonuncu Argentina diktatoru Reynaldo Binonye ömürülük həbs cəzasına məhkum edilib. 83 yaşlı Binonye insanlığa qarşı cinayətlərdə təqsirli bilinib. Reynaldo Binonye Argentinaya 1982-1983-cü illərdə başçılıq edib. Diktator 1976-ci ildə Argentinada hərbi çevriliş zamanı törədilən cinayətlərdə günahlandırılır. O zaman Argentinada hakimiyyət başda Xorxe Videlo olmaqla hərbçilərin əlinə keçib. Binonye həmin vaxt alay komandiri olub.

 

İstintaqın versiyasına görə, Binonye ən azı iki nəfərin – konqresmen Dieqo Munis Baretto və “Montoneros” partizan təşkilatının üzvü Qoston Qonklavesin oğurlanması və öldürülməsində iştirak edib. Bundan başqa, Binonye qalıqları hələ də tapılmayan bir sıra şəxsin oğurlanmasında və öldürülməsində təqsirli bilinir. Keçmiş diktatorla birlikdə bir sıra sabiq vəzifəli şəxslər də oxşar cinayətlərdə ittiham olunur.

Argentina məhkəməsi 2010-cu ildə Binoneni 25 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu vaxtilə başçılıq etdiyi Kampo de Mayo hərbi bazasının ərazisindəki düşərgədə saxlanan siyasi dustaqlara işgəncə verilməsində və qətlə yetirilməsində günahkar bilmişdi.

2011-ci ilin fevralında keçirilən məhkəmədə isə Binonye argentinalı dissidentlərin 500 nəfər övladının oğurlanmasında təqsirli bilinib və aprelin 14-də onun cəzası ömürlük həbslə əvəz olunub.

İnformasiya şöbəsi