Moskva-Bakı reysində sərnişinlər üçün açıq-saçıq səhnələrlə zəngin film nümayiş etdirilib
Moskva-Bakı reysi ilə uçan “Azal”a məxsus təyyarədə biabırçı olay baş verib. Bu barədə “Azadlıq”a sərnişinlərdən biri məlumat verib. Onun sözlərinə görə, aprelin 7-də 23.00 reysində sərnişinlərə açıq-saçıq səhnələrlə zəngin film nümayiş etdirilib.
Bu, sərnişinlərin ciddi etirazı ilə qarşılanıb: “Camaat ailəsi ilə təyyarədə oturub, bunlar isə erotik film nümayiş etdirirlər. Əlbəttə ki, buna etiraz edilməliydi. Lakin əvvəlcə bizim etirazımıza əhəmiyyət verilmədi. Dedilər ki, rəhbərlik belə tapşırıb. Sonradan gördülər ki, vəziyyət daha da gərginləşir, filmi dəyişdilər”.
İnformasiya şöbəsi