Oliqarxlar, hətta «antikorrupsiya şousu» ilə də razılaşmır
İlham Əliyevin komandası onunla hesablaşmır. Bunun bariz nümunəsi komandanın, hətta şou olsa da belə “korrupsiyaya qarşı mübarizə”ni qəbul etməməsidir. Oliqarxlar, hətta görüntü yaratmaq üçün atılan addımlarla da barışmırlar.
Təsəvvür edin, Ilham Əliyev korrupsiya və inhisarçılıqdan danışır, buna qarşı ciddi mübarizə aparılmalı olduğunu deyir. Görüntü yaratmaq üçün müəyyən addımlar atılır. Əvəzində nə baş verir? Oliqarxlar nəzarətlərində olan məhsulların idxalını dayandırır, süni qıtlıq yaradır, bununla da qiymətlərin enməsinin qarşısını alırlar. Qida məhsulları ilə yanaşı tikinti materialları ilə də bağlı eyni hal müşahidə olunur.
Bir ay ərzində tikinti materiallarının qiymətində bahalaşma baş verib. Əldə etdiyimiz məlumatlara görə, bu, sahəyə nəzarət edən məmurlar qəsdən inşaat materiallarının satışını azaldıb. Daha doğrusu, bazarda süni qıtlıq yaradılıb. Bu isə bahalaşmaya səbəb olub. Bu prosesin davam edəcəyi bildirilir.