Binəqədinin hərbi komissarı həbs edildi

Binəqədi rayonunun hərbi komissarı Feyzi Ağabəyov həbs olunub. Bu barədə “Azadlıq”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Feyzi Ağabəyov komissarlıqda aparılan kompleks yoxlamalar nəticəsində həbs edilib. Belə ki, yoxlama zamanı hərbi komissarlıqda cinayət xarakterli bir xeyli fakt üzə çıxıb. Son nəticədə Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Idarəsi hərbi komissarın həbsinə sanksiya verib.
Məlumatda o da qeyd olunur ki, uzun müddətdir bu vəzifədə çalışan Feyzi Ağabəyov bundan əvvəl Masallı rayonunun hərbi komissarı işləyib.

Xəbər “Azadlıq”a axşam daxil olduğundan onu rəsmi qurumlarla dəqiqləşdirə bilmədik. Növbəti sayımızda yenidən məsələyə qayıdacağıq.

İnformasiya şöbəsi