Türk siyasət şərhçisi: “Dəyişiklik küləyi Azərbaycanda”

Türkiyənin “Hürriyet” qəzetinin tanınmış köşə yazarı, beynəlxaq siyasət üzrə şərhçi Ferayi Tınç Yaxın Şərqdəki inqilab dalğasının Azərbaycana çatdığına dair məqalə yazıb. Qəzetin dünənki sayında yayımlanan köşə yazısının tərcüməsini təqdim edirik.

Dəyişiklik küləyi sərhədlərimizdə: Suriya və Azərbaycan

Tunis və Misirdəki hadisələrə doğru yanaşmayan Türkiyə Liviya məsələsində çətin vəziyyətə düşüb

Liviyada baş verən olaylar digərlərinə görə fərqli formada yaşandı. Hazırda hadisələr qarışıqdır. NATO ilə birlikdə Türkiyə də bu qarışıqlıq içində istəmədiyi rolları oynamaq məcburiyyətində qalıb və qalacaq. NATO-nun açdığı “dost atəşi”ndə müxaliflərin zərər görməsi və 1-dan artıq insanın həyatını itirməsi, Liviya müxalifətinin xarici müdaxiləyə qarşı şübhələrinin artmasına yol açdı.

ABŞ hadislərin arxa planına keçmək istəyini açıqlamasına baxmayaraq gerçəklər başqa şeyi göstərir. Amerika müxaliflərin silah və təlimlərə ehtiyac duyduğunu söyləməyə başlayıb. Bu “insani yardım” sərhədləri çərçivəsində məhdudlaşdırılacaq, ya əksinə. Bu bəlli deyil. Əgər belə olacaqsa insani yardım məsələsində əməliyyatlara dəstək verəcəyi söylənən Türkiyədən nələr tələb olunacaq? Liviya olaylarının nə ilə nəticələnəcyi də məlum deyil. Problem həll olunmazsa Liviya ikinci İraq olmaq yolunda irəliləyir. Türkiyə qurucusu olmadığı bir oyunda istəmədiyi bir rola doğru sürüklənir.

Liviyadan başqa önümüzdəki günlər Türkiyəni daha çox narahat edə biləcək iki önəmli hadisəyə diqqət yetirmək istəyirəm. Suriya və Azərbaycan. Suriyada Əsəd rejiminə qarşı etirazlar ölkə miqyasında yayılır. Azərbaycanda isə müxalifət uzun müddətdir küçələrə axışaraq səsini eşitdirmək istəyir. Şənbə günü keçirilən aksiyalar zamanı çoxlu sayda etirazçı həbs olundu. Müxalifət liderləri Yaxın Şərqdə başlayan inqilab dalğasının Azərbaycana da təsir edtiyini gizlətmirlər. Türkiyə Suriya hakimiyyətinə siyasi məsləhətlər verir. Amma Azərbaycan məsələsində vəziyyət fərqlidir. Burada müxalifətin uzun müddətdən bəri səsləndiriyi şikayətlər qarşısında rəsmi Ankara açıq mövqe sərgiləmək istəmir. Onsuz da Bakı ilə Ankara arasında keçmişdə olduğu qardaş münasibətləri yoxdur. Azərbaycandakı müxalifət digər ölkələrindəki kimi deyil. Dağınıq olmasına baxmayaraq siyasi ənənələri güclüdür.

İyirmi ildir iqtidarda olan Əliyev ailəsi Qərbin enerji maraqları səbəbindən “sabitlik” zəmanəti məqsədiylə dəstək görüb. Müxalifət isə alternative formalaşdıra bilmədi. Amma nəzərlərdən qaçmayacaq bir hadisə oldu. Bu müddət ərzində müxalifət içindən İrana meylli olan islamçı qanad çıxdı. Azərbaycan İslam Partiyası. Rəsmi Bakı partiyanın İran tərəfindən idarə olunduğu iddiasını irəli sürür. İddialar yersiz deyill. Əliyevin Əhmədinejadın Novruz dəvətini rədd etməsi də bunun göstəricisidir.

Suriya prezidenti yeni hökümət qurmaq qərarı verərək islahatlar vədini təkrarladı. Amma yeni bir hökümət ilə Suriyanın demokratik bir dövlət halına dönməsi mümkündür? Mümkün deyil. Ancaq bu addım belə Bəşər Əsəd rejiminin dəyişiklik tələbləri qarşısında qulaqlarını bağlaya bilmədiyini göstərir. Suriyanın nələrə hamilə olduğunu öncədən görmədiyimiz bir müddət başladı. Eynən Azərbaycanda olduğu kimi.

Bu iki ölkədəki hadisələr Türkiyəni digərləriylə müqayisədə daha çox yaxından maraqlandırır. Ankara üçün in Liviyanin önəmi orada çalışan türklər və qoyulan ivestisiyaların təməlindən qaynaqlanır. Siyasəti bu amillər müəyyənləşdirə bilər. Amma Suriya və Azərbaycan belə deyil. Buradakı dəyişiklik küləkləri qarşısında Türkiyə çox daha diqqətli olmaq məcburiyyətindədir. Sadəcə sərhədlər deyil, milli-etnik yaxınlıq, qonşuluq haqları və birgə sahib olduğumuz dəyərlər daha çoxdur.