Sosial şəbəkələrdə “11 mart – Böyük Xalq Günü” və “2 Aprel – Böyük Qəzəb Günü” aksiyalarına çağırışın təşkilatçılarından olan Elnur Məcidliyə qarşı cinayət işi açılıb.
Elnur Məcidli aprelin 2-də “Azadlıq” radiosuna bu haqda məlumat verərək deyib: “Aprelin 1-də atamı prokurorluğa çağırıb deyiblər ki, oğlun haqqında Ağır Cinayətlərə dair İstintaq İdarəsində cinayət işi açılıb. Çevrilişə çağırış maddəsi ilə. Atama protokol veriblər, imzalamayıb. Rayonda da qohumlarımızı, yaxınlarımızı polisə çağırıblar”.
Elnur Məcidli bu ittihamları özünə qarşı mənəvi terror adlandırır: “Hakimiyyətin bu cür yollara əl atması kinayəli gülüş doğurur”.
1984-cü ildə Bakıda doğulan Elnur Məcidli Sumqayıt Özəl Türk Liseyini bitirib. Türkiyə və Fransada ali hüquq təhsili alıb. Hazırda Parisdə yaşayır.

Elnur Məcidliyə cinayət işi qaldırılıb
•
•