Fatih Terim Omandan gələn təklifdən imtina etdi

Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Oman Futbol Federasiyasından (OFF) gələn təklifi qəbul etməyib. Türkiyə mətbuatının yaydığı məlumata görə, OFF rəhbəri Xalid bin Hamadi ilə “imperator” ləqəbli çalışdırı arasında aparılan danışıqlar nəticəsiz qalıb. Federasiya rəhbəri Terimin qarşısında ilin 300 gününü Omanda olmaq tələbini qoyub. Daha sonra bin Hamidi bu müddəti 270 günə qədər azaltsa da, Terim maksimum 180 gün Omanda qalmaq planının olduğunu bildirib. Buna görə də tərəflər arasında anlaşma baş tutmayıb.

Yada salaq ki, OFF Terimə cəledici təklif irəli sürmüşdü. Ərəblər türk mütəxəssisə ilinə 7,5 miyon avro ödəməklə 3 illik müqavilə təklif etmişdi. Oman yığması 2014-cü ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanacağı təqdirdə Terimə əlavə olaraq 10 milyon avro mükavat verilməsi də nəzərdə tutulmuşdu.