“2 aprel Azərbaycanın xilası uğurunda mübarizə günüdür”

İctimai Palata xalqın bütün təbəqələrini meydanlara çağırdı(FOTOLAR)

İctimai Palatanın (İP)  3-cü sessiyası ötən gün Azərbaycan Demokrat Partiyasının qərargahında keçirildi. Bu çağacan sessiyalar Müsavatın ofisində olumuşdu. Təşkilatçıların məlumatına görə yerdəyişmə daha iri zal ehtiyacına görədir.

İctimain Palatanın Koordinasiya Şurasında (İP KŞ) KXCP-nı təmsil edən Ədalət Yusibovun sədrliyi ilə başlanan sessiyada öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın dövlət himninin oxunması ilə sessiya fəaliyyətə başlayıb.

Təkliflər

Ədalət Yusibov İP KŞ-nın gündəliyə üç əsas məsələnin-İP-ə yeni üzvlərin qəbulu, 2 aprelə təyin olunan mitinqlə bağlı hazırlıq işlərinin vəziyyəti, mitinqin qətnaməsinin qəbul olunması və cari məsələlərinin təklif edildiyini bildirdi.
Gündəliyə daxil edilən məsələlərin müzakirəsindən öncə İP üzvlərinin təklifləri dinlənildi. Gənclərin nümayəndəsinin İP KŞ-də təmsilçiliyinə şərait yaradılması, İP-in nəzarət-təftiş, intizam komissiyasının yaradılması təklif edildi. İP üzvü Ərəstun Oruclu isə təklif etdi ki, quruma üzvlük dayandırılsın, kimlərin hansı kriteriyalarla üzvlüyə qəbul olunması kimi sənəd hazırllansın. Həmin sənəd təsdiqləndikdən sonra yeni üzvlərin qəbulu həyata keçirilsin. AMİP katibi Əli Orucov İctimai TV-nin İP-in tədbirlərini efirə verməməsindən narazılıq etdi və telekanalın qarşısında etiraz aksiyası keçirməyi vacibliyini bildirdi.

Ədalət Yusibov irəli sürülən təkliflərin ümumiləşdirilərək İP KŞ-nin, sonra isə növbəti sessiyanın müzakirəsinə çıxarılacağını bəyan etdi. İP-ə üzvlərin qəbulunun dayandırılması təklifinin müzakirəyə çıxarılması səs qoyulsa da qəbul edilmədi.

Yeni üzvlər

Gündəlik səs qoyulub qəbul edildikdən sonra İP-ə üzvlər səsvermə ilə qəbul edildi. Ə.Yusibov məlumat verdi ki, 100 nəfər üzvlük üçün müraciət edib. KŞ onlardan 49-nun qəbul olunması barədə razılıq verib. Həmin 49 nəfər bir-biri sessiyaya təqdim olundu. İclasda iştirak edən 43-ü səsvermə ilə İP üzvlüyünə qəbul olundu. 43 nəfərin 13-ü deputatlığa keçmiş namizədlər, qalanları isə ictimai xadimlər, alimlər, keçmiş hakimlər, sabiq icra başçıları, Amerikada təhsil alan gənclərdən ibarətdir.

Mitinqin şüarı

2 aprel mitinqinə hazırlıqla bağlı məsələnin müzakirəsi zamanı çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər dünyada, regionda və ölkədə gedən siyasi prosesləri təhlil elədi. Müsavat başqanı bildirdi ki, bütün diqqəti 2 aprel mitinqinə vermək lazımdır: “Cəmiyyətin, İctimai Palatanın, dəyişiklik istəyən insanların gücü 2 apreldə ortada olmalıdır. Biz çalışırıq ki, 2 aprel mitinqi razılaşdırılmış mitinq olsun. Ona görə də hakimiyyətə təklif etmişik ki, dinc razılaşdırılmış mitinq keçirək. Hakimiyyət bunu anlayıb, dünyada gedən proseslərdən nəticə çıxarıb imkan yaratmalıdır ki, xalq qanuni şəkildə mitinq keçirib öz mövqeyini ifadə eləsin. Hakimiyyət yenə də özündən müştəbehlik göstərəcəksə, bu onun seçimi olacaq. Biz yolumuza davam edəcəyik və yenə də mitinq şəhərin mərkəzində-fəvvarələr meydanında keçiriləcək. Bizim mitinqimiz dinc xarakter daşıyacaq, bu, hansısa partiyaların yox, xalqın mitinqidir. Mitinqin şüarı Koordinasiya Şurasının təklifi ilə belədir ki, “Xalq köklü islahatlar tələb edir”. Hakimiyyətə bildirəcəyik ki, inqilabla qarşı-qarşıya qalmaq istəmirsənsə, köklü islahatlara başlamalısan. 2 aprel xalqımızın gücünün bütün dünyaya nümayiş etdirildiyi bir gün olmalıdır”.

“Bu rejim getməlidir”

AXCP sədri Əli Kərimli çıxışında bildirdi ki, 2 aprel mitinqi hər hansı partiyanın, hətta İP-in özünün də tək mitinqi deyil: “ bu ümmxalq mitinqidir,  azadlıq və ədalət istəyənlərin keçirdiyi birgə aksiyadır. Biz zaman-zaman Azərbaycan hakimiyyətindən  islahat tələb etmişik, ancaq İlham Əliyev başqa olmaqla hakimiyyət bizi hər gün  inandırır ki onlar islahata qabil deyil.
Azərbaycan hakimiyyəti, onun təbliğat ruporları bütün dünyanın etiraz etdiyi Qəzzafiyə azarkeşlik edir. Bu, göstərmirmi ki, Azərbaycan hakimiyyəti hansı mahiyyətin daşıyıcısıdır? Biz bilirik ki, onlar islahata qadir deyil. Belə bir illuziyamız da yoxdur.Ona görə də bizim mübarizəmiz rejim dəyişikliyi uğrunda mübarizədir. Bu rejim getməlidir”

Mitinqlər davamlı olacaq

Mitinqlər davamlı, ardıcıl olacağını vurğulayan AXCP sədri dedi ki, artıq biz meydanalara ona görə çıxmırıq ki, bir iki aksiya keçirək, bir iki həbslər, döyülmələr olsun və bu aksiyalar dayansın: “ 2 aprel aksiya başlanğıcdır, bundan sonra aksiyalar güclənən xətlə gedəcək və bütün respublikaya yayılacaq. Bu etirazların nəticə əldə olunana qədər davam etməsi ilə bağlı siyasi iradəmiz var”.

Əli Kərmli müxtəıif təbəqələrə çağırış edir

 


Daha sonra Əli Kərimli milli azadlıq mübarizəsində iştirak edən insanlara, iş adamlarına, dindarlara, təqaüdçülərə, gənclərə Azərbaycanın rejimdən xilası uğrunda mübarizəyə qalxmaları çağırışını etdi: “ Mən milli  azadlıq hərakatında iştirak edən qüvvələrə müraciət edirəm. Sizlər bu dövləti ona görə qurmadınız ona bir qrup korrupsioner yiyəlik etsin.
Mən sizləri yenidən mübarizəyə qoşulmağa səsləyirəm və bütün təbəqədən olan insanları aksiylara qoşulmağa səsləyirəm. Qurduğunuz dövlətə özünüz sahib durun. Bəlkə də incimisiz, bəlkə ümidsizliyə qapılmısınız, indi onun yeri deyil, indi yenidən bu dövlətə sahib olmağa şans var”

Təqaüdçülərə…

“Azərbaycan əhalisinin böyük bir hissəsi sosila müavinətlə, az maaşla, pensiya ilə dolanan insanlardır. O adamlar bilməlidir ki, bizim tələblərimiz ancaq siyasi deyil, onların arasında sosial tələblər də var. Korrpusiuya ilə real mübarizə var. O adamlar bilməlidirlər ki, onlar pensiyalarını bu aydan o biri aya necə çatdırmağı düşüdükləri vaxt bu hökumətdə olanlar “Aviasiya” qanuna düzəliş hazırlayırlar ki, şəxsi təyyarələrindən rahat istifadə etsinlər. Bu insanlar da mübarizəsi lazımdı. Onlar bizlə çiyin-çiyinə olmalıdır.”

Sahibkarlara…

 


“Azərbaycanın sahibkarları, yorulmadınımı bu hökumətlə şərik işlədiniz? Sizin qazandıqlarınızı əlinizdən alırlar. Sizi öz gəlirlərinizi belə leqallaşdırmağa qoymurlar. Qazandığınız pulu da istədiyiniz kimi xərcləyə bilmirsiniz, qorxa-qorxa yaşayırsınız. Niyə azadlıq istəmirsiniz? Axı bütün dünyada azadlıq mübarizəsinin önündə milli burjaziya gedir. Hanı azərbaycanın burjaziyası? Buyurun gəlin, bu mübarizə həm də sizin mübarizədir”.

Dindarlara..

“ Dini etiqad azadlığa görə həbs olunanları biz də müdafiə edirik. Amma bizim də umacağımız var ki, bizim dindar bacı və qardaşlarımız onun fərqində olsunlar ki bütün hüquq və azadlıqlar bərpa olmasa təkcə onların hüquqları təmin edilə bilməz. Gəlin, bir yerdə çiyin-çiyinə bu ölkəni azadlığa qovuşduraq. Bütün hüquqlarımız, seçmək, seçilmək, dini etiqad azadlıq bərqərar olsun. Mən dindar qardaşlarımızı bizimlə bir sırada görmək isyəyirəm”.

Gənclərə…

 


“Azərbaycan gəncliyi yeni mübarizə hərakatına öz damğasını vurub. Artıq yüzlərlə gənc aksiyaların önündədir. Amma hələ 100 minlərə gənc, tələbə gözləmə mövqeyindədir.  Mən onlara səslənirəm, gəlin mübarizəyə qoşulun; meydana öz enerjinizi, maksimalizminizi, dinamizminizi, gözəlliyinizi gətirin. 2 aprel təkcə etiraz aksiyası deyil, Azərbaycanın xilası uğurunda mübarizədir”.

Hər kəs “rejim getsin” deyir

 


İP KŞ üzvləri Zəfər Quliyev, Pənah Hüseyn və 20-dən yuxarı İP üzvü çıxış edərək mitinqə hazırlıqla və mitinq qətnaməsi ilə bağlı fikir və təkliflərini səsləndirdilər. Hər bir vətəndaşı ölkədə ciddi dəyişiklik uğrunda mübarizəyə qalxmağa, şansı əldən verməməyə çağırdılar. Azərbaycanda rejimin dəyişilməsi məsələsinin qəti şəkildə qoyulmalı olduğunu bəyan etdilər.

2 aprel mitinqinin qətnaməsi


Müzakirələrin yekununda 2 aprel mitinqinin qətnamə layihəsi qəbul olundu. Qətnamədə deyilir ki, hakimiyyət imitasiya siyasətindən əl çəkməli, təcili real siyasi-iqtisadi islahatlar həyata keçirməli, korrupsiya və rüşvətxorluqla məşğul olan yüksək vəzifəli məmurları istefaya göndərməlidir: “Mitinq iştirakçıları dünya xalqlarının  azadlıq hərəkatlarını alğışlayaraq, azərbaycan vətəndaşlarının  iradə , istək və tələblərini ifadə edərək, cəmiyyətin maraq və mənafelərini əsas tutaraq, demokratiyanı  vətəndaşın və dövlətin uzunmüddətli və stabil   təhlükəsizliyinin təminatı sayaraq  hesab edir ki, ölkədə reyim dəyişikliyi zərurəti vardır. Azərbaycanda avtoritar sülalə rejimi demokratiya ilə əvəz olunmalıdır. Hakimiyyət xalqa qaytarılmalıdır. Bu hakimiyyətin bütün qollarının azad ədalətli seçkilərlə formalaşdırılması yolu ilə mümkündür. Mitinq iştirakçıları ölkənin tanınmış ziyalılarına, azərbaycan gənclərinə. tələblərə müraciət edərək  bütün mütərəqqi qüvvələri  birləşməyə, demokratiya uğrunda dinc,  sivil mübarizəyə qoşulmağa çağırır.
Mitinq iştirakçılar  qeyd edir ki, Azərbaycan iqtidarı dünyada və ölkədə baş verən proseslərdən nəticə çıxarmaq qabiliyyətində deyildir. Dövrün çağırışlarına, cəmiyyətin tələblərinə cavab tapmaq,  problemləri əsaslı şəkildə həll etmək əvəzinə   hədə qorxu bəyanatlarına,  müxalifət liderlərinə, gənclik hərəkatı fəallarına qarşı təhqir kompaniyalarına rəvac verilib. Mitinq iştirakçıları belə halları hiddətlə pisləyir, bu mədəniyyətsiz və ləyaqətsiz hərəkətlərə son qoyulmasını tələb edir.
Mitinq iştirakçıları İctimai Palatanın irəli sürdüyü köklü siyai, iqtisadi, sosial  islahatlar kursunu dəstəkləyir. 2010- cu il parlament seçkilərinin saxtalaşdırılmasına qarşı və  Demokratiya uğrunda vətəndaş hərəkatı kimi meydana gəldiyi gündən  başlayaraq İctimai palata ölkədə islahatlar yolu ilə rejim dəyişikliyinə başlamaq hədəfini elan etmiş, bu istiqamətdə ilkin addım olaraq parlament seçkilərinin yenidən keçirilməsini tələb etmiş, əks təqdirdə inqilabi sarsıntıların labüd olduğunu bildirmişdi. Şimali Afrika və Yaxın Şərqdə demokratik inqilabi hadisələr baş verdikdən sonra da İctimai Palata köklü islahat tələblərini genişləndirdi və  kütləvi aksiyalara başlayacağını bəyan etdi.  İctimai Palatanın 28 yanvar və  26 fevral 2011- ci il tarixli sessiyalarında  konkret təkliflər paketləri açıqlanmışdır. Mitinq iştirakçıları təəssüflə qeyd edir ki, Azərbaycan hakimiyyəti bu təklifləri diqqətə alıb hər hansı münasibət belə bildirmədi. Mitinq iştirakçıları İctimai palatanın   26 fevral tarixli Bəyanatındakı tələbləri müdafiə etdiklərini, bundan sonra həmin tələblərin mitinqin tələbləri olduğunu bildirərək  qərara alır.

1.  Ölkədə real  siyasi, sosial, iqtisadi islahatlar aparılsın. İslahatların  həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilsin. Yeni Konstitusiya hazırlansın və proporsional seçki sisteminin bərpa olunsun, hakimiyyət qollarının müstəqilliyi təmin edilsin. Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini  etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlər ləğv edilsin.
2.Korrupsiyaya son qoyulsun. Korrupsiyaya qarşı mübarizənin təminatı kimi Nazirlər Kabineti istefaya göndərilsin, nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin  mal varlığı və korrupsiya fəaliyyətlərində iştirakı məsələləri   şəffaf şəkildə təhqiq edilsin. Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilsin. Haqsız rəqabət, idxalatda və ixracatda, iqtisadi fəaliyyətin digər sahələrində qeyri qanuni monopoliyalar aradan qaldırılsın.
3.Sosial ədalət təmin edilsin.  Neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılsın. Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılsın. Kredit borcları və digər borcların ödənməsi möhlətləri artırılsın. Təbii  inhisarda olan xidmətlərin 2011- ci il ərzində  qiymətinin artırılmayacağına  təminat verilsin.
4.Siyasi və vicdan məhbuslar azad edilsin.
5. Mitinq və hərəkat iştirakçılarından tələb edilsin ki, hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeyd- şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar  zor işlətsə belə qarşılığında  zora yol verilməsin”.

Hər bir İP üzvünə mitinqə ciddi hazırlaşmaq tövsiyəsi edildikdən sonra martın 31-də saat 12-də azərbaycanlıların soyqırımının Şəhidlər Xiyabanında mərasimlə anılması barədə qərar verildi.

Natiq